Yevlaxda Xocalı faciəsinin ildönümü qeyd edildi
Bizi izləyin

Sosial

Yevlaxda Xocalı faciəsinin ildönümü qeyd edildi

Yevlax şəhər Bəşir Səfəroğlu adına Teatrda Yevlax Şəhər İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “26 fevral – Xocalı Soyqırımı Günü” nə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Təhsil şöbəsinin müdiri əvəzi Xaləddin Niftəliyev, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Yevlax şəhər 5 saylı orta məktəbin 8-ci sinif şagirdi Aysu Mənfiyeva bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Daha sonra Yevlax şəhər 5 saylı orta məktəbin 9-cu sinif şagirdi Qönçə Quluyeva çıxış edərək Azərbaycan tarixinin acı səhifələrindən biri olan Xocalı soyqırımı barədə məlumat verib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib. Törədilən qətliamın misli görünməmiş qəddarlıq və tarixdən silinməz bir soyqırımı olduğunu bildirdilər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində litvalı kino rejissor Andreas Brokasın çəkdiyi “Sonsuz dəhliz” filmi nümayiş etdirildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm