Sosial
Bərdə İH-nin keçirdiyi konfrans gülüş hədəfinə çevrildi - FOTO
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirə səs-küy yaradıb.
İcra başçısının və digərlərinin videobağlantıya tibbi maska ilə qatılması birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, belə formada videokonfransın keçirilməsi gülüncdür.
Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Publika.az-a açıqlamasında bildirdi ki, sözügedən videokonfrans barədə sosial şəbəkələrdə gedən müzakirələrdən xəbərdardırlar:
“Videokonfrans mayın 2-də keçirilib. Burada qeyri-adi nəsə yoxdur. Karantin rejimi qaydalarına uyğun olaraq icra başçısı və digərləri videobağlantıya tibbi maska ilə qatılıb”.
Qeyd edək ki, keçirilən videokonfrans rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, yerlərdə vəzifə borclarının icrası və təsərrüfat işlərinin gedişinə həsr olunub.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq






























