Sosial
Bu təklif icra olunarsa, xeyli faydası olacaq - EKSPERT
“Dünyanın heç bir ölkəsində karantin birbaşa olaraq ortadan qaldırılmır. Karantin ortadan qaldırıldıqda da hansı şərtlərə əməl ediləcəyi müəyyən edilir. Bunlardan ən çox istifadə olunanı maska taxılması və məsafənin qorunmasıdır”.
Bu fikirləri Publika.az-a danışan pulmonoloq Həsən Həsənzadə deyib.
O qeyd edib ki, qaydalara əməl edilməsə, xəstəliyin təkrar artma riski var: “Biz mütləq şəkildə artacaq və ya artmayacaq deyə bilmərik, çünki hər şey ola bilər. Türkiyə və bəzi Avropa ölkələrinin örnəyi var ki, onlarda müəyyən qədər say artımı müşahidə olunur. Çünki orada qaydalara düzgün əməl edilməyib. Əgər biz karantin və müalicə şərtlərində o ölkələrin təcrübələrindən yararlanırıqsa, bizdən öncə onlar karantini ləğv edib belə bir zərər yaşadıqları üçün, bizim də bunu əvvəlcədən görüb faydalanmağımız lazımdır”.
Həkimin sözlərinə görə, insanlar yoluxma sayının azalmasını xəstəliyin tamamilə ortadan qalxması kimi başa düşürlər: “Xəstəlik hələ ortadan qalxmayıb və proqnozlar göstərir ki, virus bir müddət bizimlə olacaq. Təhlükə var və qorunma tədbirlərinə, sosial məsafəyə mütləq əməl etmək lazımdır. Bir insan öz sağlamlığına həssas olmaya bilər, amma cəmiyyətin sağlamlığına həssas olmalıdır”.
H.Həsənzadə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızının növbəti həftədə də çimərliklərdə ciddi sıxlıq müşahidə olunarsa, bir çox meqapolisdə tətbiq edilən “cüt nömrə-tək nömrə” sistemindən bəhrələnmək təklifinə münasibət bildirib.
O deyib ki, bu təklif icra olunarsa, xeyli faydası olacaq: “Həftəsonu ictimai nəqliyyatı dayandırmaqdansa, belə bir şəraitdə avtobusların, vaqonların sayını artırmaq daha doğru olardı. Sıxlığın azalması üçün dövriyyəyə çoxlu sayda avtobus buraxmaq lazımdır. Eyni zamanda Aynur Camalqızının da təklifindən yararlanmaq olar. Tək və cüt nömrəli avtomobillərin bölünməsi təkcə karantin günlərində deyil, nəqliyyatın sıx olduğu ölkələrdə adi vaxtlarda da uzun müddətdir tətbiq olunan bir qaydadır. Bu qaydanın sıxlığı azaltdığı üçün xeyli faydasının olacağını düşünürəm”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





