Sosial
Pandemiya dövründə məscidlərə toplaşmaq məqsədəuyğun deyil - AÇIQLAMA
Hazırda bütün dünya pandemiya ilə mübarizə şəraitindədir. Bu öldürücü xəstəliyə qarşı mübarizədə tibb işçilərinin rolu müstəsna əhəmiyyət kəsb edir. Dövlətimiz Azərbaycan ərazisində də yayılmış bu virusla mübarizə aparmaq, onun fəsadlarının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıb. Hər bir vətəndaşımız Qərargahın müəyyən etdiyi qaydalara, verdiyi tövsiyələrə əməl etməli və bu işdə dövlətimizə dəstək olmalıdır.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.
O qeyd edib ki, müqəddəs dinimizdə də insan sağlamlığının qorunması üçün müstəsna əhəmiyyət kəsb edən tələblər var. Uca Allah “Qurani-Kərim”də “Özünüzü öz əlinizlə təhlükəyə atmayın”, Peyğəmbərimiz (s) də “Əgər bir məkanda xəstəliyin olduğunu bilsəniz ora daxil olmayın, əgər xəstəlik olan yerdəsinizsə, oradan kənara çıxmayın” deyə buyurmaqla insanların sağlamlığının qorunmasının vacibliyini vurğulayıblar. İndiki şəraitdə həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməklə qapalı məkanlara, o cümlədən məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil. Əminik ki, tezliklə COVID-19 virusu aradan qalxacaq və məhz xəstəlik səbəbindən təkcə ölkəmizdə deyil, bir çox müsəlman dünyasında dini ayinlərin icrasına müvəqqəti olaraq bağlanmış məscidlər inanclı insanların üzünə açılacaq.
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə17:05Naxçıvanda yasa gedən 11 nəfər dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR













.webp)
.png)



.png)

















