Sosial
ƏƏSMN 8 rayonda səyyar bərpa xidməti təşkil etdi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Salyan, Neftçala, Kürdəmir, Ucar, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında davam etdirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, həmin 8 rayon üzrə 178 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 868 reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.
Bir sıra əlilliyi olan şəxslərin isə müraciətləri əsasında yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün onların müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.
Əlilliyi olan şəxslər qayğı ilə əhatə olunduqlarından, həmçinin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edildiklərindən, bu sahədə xidmətlərdən razılıqlarını bildiriblər. Onlar həssas əhali qruplarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Ümumilikdə bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 850-ə yaxın əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 2868 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




.jpg)

















.jpg)

.jpg)