Sosial
Məktəblərin və metronun açılması ilə yoluxma arta bilər – Həkim
“Koronavirus yeni bir xəstəlikdir. Neqativ duyğuya qapılmağa ehtiyac yoxdur. Payız və qışda bu xəstəliyin necə olacağını həmin fəsillərdə müşahidə edə bilərik”.
Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.
Onun sözlərinə görə, payız və qış fəslində xəstəliklər kəskinləşə bilir. Amma bu koronavirusun kəskinləşəcəyini deməyə əsas vermir:
“COVID-19-un artımında əsas rol oynayan amil kütləvi olaraq bir yerə toplaşmaqdır. Ola bilsin ki, metro və məktəblər fəaliyyətə başladıqda müəyyən qədər artımlar olsun. Ancaq düşünmürəm ki, bundan sonra yayda olduğu kimi aktiv artım və ağırlaşmalar olacaq. Hesab etmirəm ki, payız fəslində xəstəlik kəskin artacaq. Virus yüngül şəkildə, hiss olunmadan da keçir. Xəstəliyi yüngül keçirən şəxslər dənizə getdilər və onun nəticəsində virus bir qədər ağırlaşdı, ona uyğun da say artımı oldu. Məktəblərin və metronun açılması ilə bağlı hələ ki, rəsmi qərar yoxdur. Düşünürəm ki, artım olacaqsa, bu, metronun və məktəblərin açılma dövrünə təsadüf edəcək”.
R.Nəriman qeyd edib ki, bu xəstəlikdə verilən proqnozların əksəriyyəti özünü doğrultmayıb: “Yaz və yayda bu xəstəliyin necə olduğunu müəyyən etdik. Payızda da necə olacağını biləcəyik. İmmunitet məsələsi tək koronavirusa aid deyil. İnfeksion xəstəliklərdə olduğu kimi, bütün digər xəstəliklərdə sağlam qidalanma əsas olmalıdır. Sağlam qidalanmada da əsas vitaminlərlə zəngin olan meyvələrə və kobud lifli toxumaları olan qida məhsullarına üstünlük verilməlidir. İnsanlara çoxlu maye qəbul etməyi tövsiyə edirəm”.
Akqabay Mıradov
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi










.jpg)

























.jpg)


