Sosial
Sabah sənəd qəbulu başa çatır
Sabah 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunanların sənəd qəbulu başa çatır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, tələbələr qəbul olunduqları təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təhsil haqqında sənədin əsli;
- tibbi arayış haqqında sənədin əsli;
- sistemdən (şəxsi kabinetdə) çıxarılan avtomatik ərizə nümunəsi;
- şəxsiyyət vəsiqəsi (surəti);
- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);
- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd (həmçinin sağlamlıq imkanları məhdud şəxslər psixoloji-tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatanlar isə tibbi-sosial ekspert komissiyası tərəfindən bu şəxslərə verilən, təhsil almaq hüququnu təsdiq edən sənəd).
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə sənədlərini qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
