Sosial
Bu qadınlar 62 yaşdan tez pensiyaya çıxa bilər
Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan qadınların pensiya təyinatı avtomatlaşdırılmış qaydada həyata keçirilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.
Onun sözlərinə görə, 62 yaşı tamam olan qadın fərdi uçot sistemində qeydiyyatdadırsa, onun 1 yanvar 2006-cı il tarixdən 1 iyil 2018-ci il tarixədək 1 ay olsa belə, stajı varsa, ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçiriləcək:
"Bu hal olmadıqda isə vətəndaş əgər 2006-cı ilə qədər 25 il stajının olduğunu bilirsə, pensiya təyinatı üçün DSMF və ya DOST Mərkəzlərinə müraciət edə bilər. Əgər şəxsin 25 il stajı varsa, o, pensiyaya çıxmaq imkanından yararlanacaq".
A.Məcidov əlavə edib ki, əgər qadının 5 uşağı varsa, o, pensiya hüququnu 5 il tez əldə edə bilər:
“Əgər bu gün qadınlar üçün pensiyaya görə yaş həddi 62 yaşdırsa, 5 övladı olduqda onun üçün yaş həddi 57-ə enir. 6 övladı olduqda isə qadın pensiya hüququnu 6 il, 7 övladı olduqda 7 il tez əldə edir”.
A.Məcidov qeyd edib ki, 62 yaşına çatan qadın ötən müddətdə heç bir zaman işləməyibsə, ona əmək pensiyası təyinatı həyata keçirilməyəcək. Amma belə qadınlar yaşı 62-ə çatdığı zaman sosial müavinətlə təmin oluna bilərlər. (trend)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)




















.jpg)
.jpg)
