Sosial
AQSİA üzvləri cəbhə bölgəsində oldu - FOTO
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində cəbhə bölgəsindən Bərdə rayonunda müvəqqəti məskunlaşan soydaşlarımıza sovqat aparıb.
Publika.az xəbər verir ki, Bərdə rayonu 8 saylı orta məktəbdə baş tutan görüşdə AQSİA sədri Səkinə Babayeva, üzvlər – Jalə Hacıyeva, Təranə Paşayeva, Sevda Nəcəfova, Ulduzə Xanlarova, Pərvanə İsgəndərova, İlhamə Şirinova, Rüxsarə Axundova, Cəmilə Abdullayeva, Pərvanə Mustafayeva iştirak ediblər.
AQSİA sədri Səkinə Babayeva soydaşlarımızın qarşısında çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək: “Hər kəsə məlumdur ki, Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və beynəlxalq hüququn bütün tələblərini ayaqlar altına alır. Cənab Prezident İlham Əliyev dəfələrlə onlara xəbərdarlıq etsə də, lazımi nəticəni çıxarmadılar. Bu gün Azərbaycan öz doğma yurd-yuvalarının işğaldan azad olunması istiqamətində böyük əmzlə mübarizə aparır və üstünlük birmənalı olaraq bizim tərəfimizdədir. Heç şübhəsiz yaxın günlərdə Qarabağ tamamilə işğaldan azad olunacaq və biz Qələbə bayramını Şuşada qeyd edəcəyik”.
AQSİA sədri Türkiyənin Azərbaycana dəstəyinə toxunaraq bu böyük fədəkarlığa görə, qardaş dövlətə təşəkkür etdi.
Daha sonra AQSİA tərəfindən aparılan yardımlar təqdim edildi. Yorğan, döşək, yastıq, idman dəstləri, alt paltarları, uşaq mayka, kurtka, kalqotka, alt paltarları, dəsmal, şal, pampers, sabun, şampun, birdəfəlik qab dəstləri, ağcaqanad dərmanı və şirniyyatlar soydaşlarımıza paylanıldı.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
