Sosial
"Əlil" və "qüsur" sözləri ilə bağlı YENİ QƏRAR
Nazirlər Kabineti 512 № li Qərarına dair izah verib.
Qurumdan Publika.az-a bildirilib ki, Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 113-VIQD nömrəli Qanununun tətbiqi ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Qeyd edilən qanunlara edilmiş dəyişikliklərə əsasən, “əlil” sözü “əlilliyi olan şəxs” sözləri, “qüsur” sözü “pozuntu” sözləri ilə əvəz edilib.
Bununla əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə”, “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” və “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilmişdi.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
