Sosial
Pandemiyadan qurtulmağın yeganə yolu... - Ədalət Rüstəm
“Hazırda pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır. Yoluxmaların artıdğı bir vaxtda tək variantımız var, o da peyvənd olunmaq”.
Bu sözləri Publika.az -a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
Həkim bildirib ki, indiki dönəmdə vaksinasiyadan başqa alternativimiz yoxdur və bu, öz müsbət təsirini göstərəcək: “Nəticə çox yaxşı olacaq. “Sinovac” 91-95 fazi effekt verir. İsrail ən çox vaksinasiya kompaniyası həyata keçirən ölkədir və 100 faizlik effekt əldə ediblər. Biz hazırda ilkin mərhələdə bir milyon doza vaksin almışıq. Bu, yarım milyon insan üçün nəzərdə tutulub. Çünki bir nəfərə iki doza vurulacaq”.
Ə.Rüstəm vaksinin yan təsirlərindən də danışıb: “Bütün mövcud tibbi preperatların yan təsirləri var. Vaksinlərin də yan təsirləri olur. Ancaq bu təsirlər yüz min nəfərdən bir-iki nəfərdə rast gəlinə bilər. Amma bu gün dünyada yüzlərlə insan koronavirusun qurbanı olur. Bu səbəbdən də ən uyğun yol vaksinasiyadır”.
Həkimin sözlərinə görə, vaksinasiya prosesinin başlaması o demək deyil ki, virus sona çatıb: “Buna görə insanlarda rahatlıq yaranmamalıdır. Hazırda ilk mərhələdə yarım milyon vətəndaşımız peyvənd olunacaq. Ancaq milyonlarla insan vaksin olunmayanlardır. Onlar digər mərhələni gözləyirlər. Peyvənd olunmayanlar bir-birlərini yoluxdura bilərlər. Həm də dozaların vurulması arasında minumum 20 gün müddət olur. Birinci doza sınaq məqsədi daşıyır. Bu zaman insan orqanizminin vaksinə reaksiyası, yan təsirləri, ağırlaşmanın olub-olmaması yoxlanılır. 20 gün sonra isə ikinci doza vurulur. Bu, əsl dozadır və böyük həcmdə olur. Bu səbəbdən də karantin tədbirləri davam etdirilməlidir.
Virusa yoluxan şəxslərin sağalmalarından 90 gün keçibsə, onlara vaksin vurulacaq. Əgər yoluxan şəxslərin sağaldıqları müddətdən 90 gün keçməsə belə peyvənd olunmalarının heç bir zərəri yoxdur. Çünki onların bədənlərində anticimlər var. Əks cismlər artıq onların bədənində formalaşıb. Vaksin isə bu əks cisimlərin sayını artıracaq”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
