Sosial
Məşhur həkimdən toylarla bağlı KƏSKİN SÖZLƏR: Qızın gəlinlik paltarı geyinməsi az qala...
Dünyanın bütün xalqlarında müvafiq toy ənənəsi var. Elə bir millət yoxdur ki, bu günü adi gün kimi qeyd etsin. Uşaq doğulan andan bütün qohumların və valideynlərin bir arzusu olur. Övladların toyunu görmək. Bütün qızların arzusu ağ gəlinlik paltarı geyinmək, oğlanların arzusu bəylik gününü yaşamaqdır. Toy gəncin həyatında dönüş nöqtəsi, yeni dövrün başlanğıcı deməkdir. Toy pozitiv emosiya mənbəyi olmaqla yanaşı, gənclərin yetkin həyata atılmasının göstəricisidir.
Publika.az xəbər verir ki, bu sözləri Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov sosial şəbəkədə yazıb. Həkim hesab edir ki, müəyyən şərtlərlə toy məclislərinin keçirilməsinə icazə vermək olar:
“Pandemiya ilə bağlı bir ildir ölkədə toylar qadağan olunub. Amma vəziyyətdən başqa çıxış yolları da mövcuddur. Məsələn, müəyyən say məhdudiyyəti (50-100 nəfər) tətbiq etməklə gənclərin, valideynlərin arzusuna çatmasına nail olmaq olar. Hazırda restoranların şou zallarında istənilən qədər yad adam bir yerdə toplaşır. Canlı musiqi də var. Bəs onda niyə ən yaxın qohumların iştirakı ilə müəyyən şərtlər daxilində bu şad günü keçirməyə icazə verilməsin axı? Hətta toy olmasa belə, gəlinin evdən vağzalı sədaları altında çıxmasına qadağa var. Qızın gəlinlik paltarı geyinməsi az qala cinayət hesab edilir.
Düşünürəm ki, müvafiq qurumlar toylarla, onun keçirilmə qaydası ilə bağlı yaranmış boşluğu tezliklə aradan qaldırmalıdırlar. Cəmiyyətdə neqativ əhval-ruhiyyə getdikcə artır. İnsanlar dalaşmağa bəhanə axtarır. Toy təkcə pozitiv emosiya mənbəyi yox, həm də minlərlə musiqiçi, aşpaz, ərzaq məhsulları tədarük edən kiçik və orta sahibkarlar, dərzilər, ustalar, gözəllik salonlarında çalışanlar, qabyuyan, fəhlələr və s. sənət sahibləri üçün gəlir mənbəyi və iş yeridir. Karantin qaydalarına əməl etməklə, müvafiq say məhdudiyyəti tətbiq etməklə toylara icazə verməyin vaxtı çatıb. Yad adamlarla canlı musiqi olan məkanlarda oturmağa icazə verildiyi halda, yaxın qohum-əqrəba ilə buna qadağan qoyulmasını absurd hesab edirəm”.
Aytən Məftun
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var







.jpg)


_4155e4c714f9d3fb787af0d3d72eb9b4.jpg)











.jpg)













