5G texnologiyasının kənd təsərrüfatında tətbiqləri
Bizi izləyin

Sosial

5G texnologiyasının kənd təsərrüfatında tətbiqləri

Müasir dövrdə informasiya texnologiyalarının bütün sahələrdə geniş tətbiq­ləri müşahidə edilməkdədir. İnformasiya texnologiyalarının özü də sürətlə təkmil­ləşərək inkişaf etməkdədir. Müasir dövrdə informasiya texnologiyalarının ən son nailiy­yət­lərindən biri də mobil rabitənin yeni nəsli olan 5G texnologiyasıdır. 5G texnolo­giyasının əsas xarakteristikalarından biri də verilənləri yüksək sürətlə ötürməsidir. Bu baxımdan 5G texnologiyası son dövrlərdə müxtəlif sahələrdə geniş tətbiqlər tapmışdır. Müasir dövrdə 5G-in tətbiqinin böyük mənfəət verəcəyi göz­lənilən sahələrdən biri də kənd təsərrüfatıdır. Bü tətbiq, həm də onunla bağlıdır ki, müasir dövrdə ənənəvi kənd təsərrüfatı dünyada artan ərzaq tələbatının öhdəsindən gələ bilmir. Bu baxımdan təbii ərzağın süni əvəzləyiciləri geniş yayılmışdır, məhz bu da çoxsaylı xəstliklərin yaranmasına və artmasına geniş meydan vermişdir. Hal-hazırda ölkəmizdə və dünyada təbii kənd təsərrüfatı məhsullarının qıtlığı yaşan­maqdadır. Bu problemin rəsmi statistikasına misal olaraq növbəti faktı göstərə bilərik. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı dünyada artmaqda olan əhalini qida ilə təmin etmək üçün fermerlərin qarşıdan gələn 30 ildə 70% daha çox qida yetişdirmələrinə ehtiyacın olduğunu iddia edir.

Təşkilatın başqa bir hesabatında deyilir: "Bəşəriyyətin sürətlə artan ehti­yac­larını ödəmək üçün fermerlər daha az ərazidə və daha az işçi qüvvəsi ilə daha çox məhsul istehsal etmək üçün yeni texnologiyalara ehtiyac duyacaqlar". Məhz bunun üçün də kənd təsərrüfatındakı prosesləri avtomatlaşdırmaq lazım gəlirdi. Bu səbəbdən də bütün dünya üçün bu aktual məsələ hər zaman öz həllini gözləyirdi.

5G texnologiyasının meydana gəlməsi və geniş tətbiqləri kənd təsərrüfatı ilə bağlı bu kimi problemləri də həll edə bildi. Bu baxımdan dünya dövlətlərində 5G texnologiyasının kənd təsərrüfatında tətbiqləri geniş vüsət almışdır. Məhz müasir 5G texnologiyasının kənd təsərrüfatında geniş tətbiqləri “ağıllı kənd” kimi ter­minlərin yaradılmasına səbəb olmuşdur.

Mütəxəssislərin qənaətinə görə, kənd təsərrüfatında rəqəmli texnologiyaların tətbiqi və bunun əsasındada “ağıllı” müəssisələrin yaradılması Avropada ÜDM-ə ən çox təsir göstərir. Bu tədbiq etmələr həmçinin bazarı dörd əsas sektora ayırır: “ağıllı” istehsal və lojistika, “ağıllı” kənd yerləri, “ağıllı” şəhər yerləri və “ağıllı” dövlət xidmətləri.

Mütəxəssislərin araşdırmasına görə “ağıllı” istehsal və “ağıllı” kənd sektor­ları, uyğun olaraq 70 milyard və 55 milyard avro ilə ən yüksək xalis mənfəət gətirir. Bununla birlikdə, onlara yatırılan maliyyə və əldə olunacaq fayda nisbəti də, “ağıllı” şəhər yerləri və “ağıllı” dövlət xidmətlərindən daha aşağıdır.

Mütəxəsislərin fikrincə, beşinci nəsil 5G mobil texnologiyasının “açıq innovasiyalar platforması” kimi tətbiqi və istifadəsi, 2025-ci ilə qədər 2.600.000.000 avro maliyyə mənfəəti gətirə bilər.

5G-in kənd təsərrüfatında tətbiq olunduğu ölkələr

Onu da qeyd edək ki, dünyada 5G texnologiyalarını kənd təsərüfatına geniş tətbiqlərini həyata keçirən ilk dövlətlərdən biri Böyük Britaniyadır.

Bu sahənin aktuallığını nəzərə alaraq, dünyada məşhur İT şirkətləri də kənd təsərrüfatı üçün 5G texnologiyalarını dəstəkləyən xüsusi sensorlar, qurğular isteh­sal etməyə başlamışdır. Buna misal kimi Amerikanın məşhur Cisco şirkətini də göstərə bilərik. Amerikanın Cisco şirkəti, İngiltərənin kənd təsərrüfatı mühən­disliyi üzrə dövlət innovasiya mərkəzi ilə birlikdə, İngiltərədəki heyvandarlıq təsərrüfatlarından birində 5G mobil texnologiyasının tətbiqini nəzərdə tutan layihə həyata keçirmişdır. Bu barədə Reuters xəbər agentliyi məlumat vermişdir.

Bu layihəyə görə, hər birində 180-ə yaxın heyvan olan 50 sürüdən ibarət inəklərə onların yerlərini, həmçinin real vaxtda onların sağlamlığı haqqında məl­umatları izləmək üçün 5G sensorlu qulaq etiketleri quraşdırılmışdır.

Məşhur Qualcomm şirkəti isə 5G haqqında fikirlərini belə ifadə edir: “5G lazımi iqtisadi stimul təmin edə bilər. Beşinci nəsil rabitə ağıllı telefonların hüdudlarından kənara çıxır və bütün sahələri makroskopik səviyyədə dəyişdirmək potensialına sahibdir ”. Ericsson şirkətinin nümayəndələri isə 5G-nin perspektivləri haqqında belə deyirlər: "Açıq bir yenilik platforması olaraq, 5G, Avropaya hamısını əhatə edən davamlı iqtisadi artımı əldə etmək üçün lazım olan vacib kritik bir infrastruktur təmin edir".

Dünyada 5G texnologiyalarını kənd təsərrüfatına geniş tətbiqlərini həyata keçirən dövlətlərdən biri də Almaniyadır. Almaniyanın Nəqliyyat və Rəqəmli İnfrastruktur Federal Nazirliyi, yenilikçi 5G beşinci nəsil mobil tətbiqetmələrin inkişafı və tətbiqi üçün 38 milyon avrodan çox vəsait ayırmışdır. Bu məqsədlə “Dayanıqlı kənd təsərrüfatı 5G” layihəsinin inkişafı üçün Vechta bölgəsinə təxminən 4 milyon avro yönəldilmişdir. “Dayanıqlı kənd təsərrüfatı 5G” layihəsi, 5G texnologiyası və süni intellekt (SI) istifadə edərək heyvandarlıq və quşçuluq təsərrüfatlarında heyvanların rifah halını yaxşılaşdırmağı hədəfləyir. Bu sahənin tətbiqləri dünyada geniş vüsət almışdır.

Bu layihə əsasında quşçuluq və donuz əti istehsalı və marketinq zəncirlərinin həyata keçirildiyi bir "praktik laboratoriya" (Real-World Laboratories, elm və vətəndaş cəmiyyəti arasında yeni bir əməkdaşlıq formasıdır) nəzərdə tutulur. Bundan əlavə bu lahiyədə, 5G texnologiyası və süni intellekt heyvan sağlamlığını monitorinq etmək üçün, həmçinin onların qida maddələrini idarə etmək üçün istifadə ediləcəkdir.

Bu layihə tərəfdaşları erkən baytarlıq diaqnostikası məqsədilə heyvanların sağlamlığı və rifahına nəzarət etmək üçün süni intellektdən istifadə edərək bu məlumatlara əsaslanan xüsusi alqoritmlər inkişaf etdirməyi nəzərdə tuturlar. Məlu­matlar daha sonra kənd təsərrüfatı istehsalçılarına real vaxt rejimində təqdim edi­ləcək və təsərrüfat sahiblərinə heyvanların sağlamlığı haqqında məlumat verəcək, buna görə, məsələn, anormal hallarda hərəkət üçün tövsiyələr hazırlana bilər.

Onu da qeyd edək ki, dünyada 5G texnologiyasının kənd təsərrüfatına geniş tətbiqlərini həyata keçirən dövlətlərdən biri də Yunanıstandır. Yunanıstan da məhz bu tətbiqləri ölkəsində 5G texnologiyalarını quraşdırmaqla həyata keçirmişdir. Yunanıstan 2020-ci ilin dekabırından 5G texnologiyasının ölkəsində tətbiqini həy­ata keçirməyə başlamışdır. Yunanıstanın baş naziri Kyriakos Mitsotakis 5G texno­logiyasına qoyulan investisiyaların "ölkəni rəqəmli çevrilmənin ön sıralarına çıxa­racağını" söyləmişdir. Bunun hətta ölkəyə 2030-cu ilə qədər 4-6 milyard avroya qədər sərmayə gətirə biləcəyi və 50-69 min iş yeri yarada biləcəyi də bildirilrdi.

Bundan əlavə, Yunanıstanda “ağıllı” kənd və “ağıllı” istehsalat və lojistik sektorları müvafiq olaraq 1,1 milyard və 0,4 milyard avro səviyyəsində ən yüksək xalis qazanc əldə edəcəkləri planlaşdırılır. Bununla yanaşı, Yunanıstan üçün nəzərdə tutulan xalis mənfəətin 1,6 milyard avro olduğu təxmin edilir və onun üçün də 900 milyon avroluq bir sərmayə nəzərdə tutulur. 5G bağlantısı, digərləri ilə yanaşı bir sıra ekoloji və sosial faydalar da təqdim edir.

5G texnologiyasını kənd təsərrüfatında geniş tətbiq edən ölkələrdən biri də Çindir. Çin həmçinin kənd təsərrüfatında 5G texnologiyası ilə işləyən texnikalar da hazırlayır. Çinin Luoyang şəhərində kənd təsərrüfatı maşınları və avadanlıqları üçün dövlət innovasiya mərkəzi hidrogen yanacaq elementləri ilə işləyən 5G elektrikli traktor nümayiş etdirmişdir. Bu elektrik traktorunda 5G texnologiyası tətbiq edilir, avtomatik idarə etmə rejiminə malikdir və uzaqdan idarə oluna bilir. Yüngül yük altında traktor yalnız hidrogen yanacaq elementində işləyir. Yük artdıqda, lityum batareyalar bunun üçün əlavə bir enerji mənbəyi olur.

Azərbaycan dövləti də kənd təsərüffatı sahəsində yeni mərhələ olan “ağıllı” kənd layihəsini həyata keçirməyi planlaşdırır. Ölkəsində bütün idarəçilik sahə­lərində müasir İT texnologiyalarının geniş tətbiqlərinə start verən və bu sahədə bir çox uğurlu layihələr həyata keçirən Azərbaycan respublikasının prezidenti İlhan Əliyev də Azərbaycanda da bu mütərəqqi “ağıllı” kənd layihəsini həyata keçirməyi bəyan etmişdir. Heç şübhəsiz cənab prezidentin digər layihələri kimi bu “ağıllı” kənd layihəsi də uğurla həyata keçəcəkdir və xalqımıza, dövlətimizə böyük faydalara gətirəcəkdir.

Bu faktlar bir daha ağıllı kənd ideyasının nə qədər mütərəqqi olmasını göstərir.

“Ağıllı” kəndin imkanları haqqında

Əsasən 5G texnologiyası və süni intellekt əsasında yaradılan ağıllı kənd özündə bir çox imkanları ehtiva edir.

5G texnologiyasını istifadə edərək fermerlər tarla şəraitini izləyə bilərlər və tarladakı kənd təsərrüfatı məhsullarının suvarmaya, böcək dərmanlarına və ya gübrələrə ehtiyacı olduqda dərhal o haqda smartfonları vasitəsilə xəbərdarlıq ala bilərlər. Həmçinin 5G texnologiyasının köməyi ilə mal-qaranı və kənd təsərrüfatı dronlarını izləmək və pilotsuz traktorları idarə etmək mümkün olacaq. Nəticədə isə məhsuldarlıq artar, məhsulun keyfiyyəti yaxşılaşar və daha yüksək mənfəət, gəlir əldə olunar.

Mövcud 4G şəbəkəsi ilə daha yeni 5G şəbəkəsi arasındakı sürət fərqi cih­azlar, qurğular arasındakı rabitə əlaqəsini yaxşılaşdırır və eyni zamanda daha çox cihazın eyni mobil rabitə qülləsinə qoşulmasını asanlaşdırır. 4G texnologiyası 100Mbps, 5G isə 10Gbps sürəti ilə işləyir, fərq çox böyükdür, yəni 100 dəfə çox­dur. Məhz bu nailiyyət də İnternetin müasir sahələrindən olan Əşyaların İnterneti (İoT (Internet of Things)) sahəsinin geniş inkişafına səbəb olmuşdur. 5G texno­logiyasının tətbiq olunduğu digər sahələrdə olduğu kimi “ağılı” kənd layihəsinin əsasında da Əşyaların İnterneti dayanır.

Əşyaların İnterneti (IoT) cihazları, qurğuları kompüter şəbəkəsinə birləşdirir və onlara uyğun proqram təminatı, tətbiqetmə və ya texniki cihazlar vasitəsilə lazımi məlumatları toplamaq, təhlil etmək, emal etmək və digər obyektlərə ötür­mək imkanı verir.

Əşyaların İnterneti və ya IoT (Internet of Things) mahiyyət etibarilə insan­ların cihazlar ilə əlaqə qura biləcəyi və cihazların bir-biri ilə ünsiyyət qura biləcəyi, ətrafdakı dəyişikliklərə uyğun reaksiya verə biləcəyi və insanların müdaxiləsi olmadan qərar qəbul edə biləcəyi bir şəbəkələr şəbəkəsidir.

5G-nin əsas məsələlərindən biri də Əşyaların İnterneti (IoT) üçün baza yar­atmaqdır. Adi internetlə əşyaların internetinin özünə məxsus fərqləri vardır. Adi İnternetdə informasiyanı istifadə edən və yaradan insandır, əşyaların İnternetində isə informa­siyanı istifadə edən və yaradan cihazlardır, yəni sensorlar, kəmiyyət göstəricisi cihazlıarı, sənaye qurğularıdır.

Beşinci nəsil rabitə, insanların minimal iştirakı ilə platformaların gəlişindən xəbər verir, başqa sözlə "insansız fəaliyyət platformalarını" geniş həyata keçirməsi gözlənilir. 5G daha sürətli və daha effektiv texnologiyadır. Proqnozlara görə "insan­sız fəaliyyət platformalarının" sayəsində 2030-cu ilədək internet trafikinin yalnız 2 faizi insanlar tərəfindən istehsal və istifadə ediləcək. Bir sözlə insan faktoru kifayət qədər idarəçilikdən uzaqlaşdırılacaq. Bu, həm də sənayedə inqilab edəcək.

Üç il əvvəl RuralFirst şirkəti, tarlada insan köməyi olmadan əkin, idarə və məhsul yığımı üçün ilk kənd təsərrüfatı layihəsi olan Hands-Free Hectare (Əllərsiz Hektar) layihəsinı təqdim etdi. Layihədə məhsuldarlığı artıran 5G texnolo­giya­sından istifadə olunur. Bu lahiyədə pilotsuz traktorlar əkin sahəsinə toxum səpir, sensorlu pilotsuz dronlar məhsulun inkişafını izləyir və kiçik robotlar hansı güb­rələrin və böcək dərmanlarının hara tətbiq olunacağını hesablamaq üçün nümunələr götürürlər.

Aydındır ki, kənd təsərrüfatı temperatur və rütubət səviyyəsindəki kiçik dəy­işikliklərdən də təsirlənən bir sahədir. Burada əsas problemlərdən biri də məhsulla bağlı problemlərin çox gec aşkarlanmasıdır. Onlardan qaçmaq üçün ətraf mühit şəraitini izləmək üçün transformasiya edən 5G texnologiyası istifadə edilə bilər. Həmçinin sağılan heyvanlar da daxil olmaqla mal-qaranı insan müdaxiləsi olmadan izləmək və bəsləmək üçün də transformasiya edən 5G texnologiyası istifadə edilə bilər. Həmçinin müstəqil şum, əkin etmək, qidalanma, sağlamlığa nəzarət və məh­sul yığımı üçün də transformasiya edən 5G texnologiyası istifadə olunur. İndi hələ ki, bu məqsədlər üçün əksər yerlərdə 4G-dən istifadə olunur, lakin 5G daha çox sensoru dəstəkləyə bildiyindən 5G tətbiqini sürətləndirmək zərurəti yaranmışdır. Onlar eyni vaxtda və təsərrüfatlar üçün ideal olan aşağı gecikmə ilə də məlumat mübadiləsi aparırlar.

5G texnologiyası məhsulun dəqiq idarə olunması tələb olunan ağıllı fermer­çiliyi dəstəkləyir. Fermerlər bütün tarlaya eyni şəkildə yanaşmaq əvəzinə, hər bitki sətirinə yalnız ehtiyac duyduqlarını verə bilərlər, bir növ bitkilərə sanki fərdi yanaşma təqdim edə bilir. 5G şəbəkəsi, maşınlar, qurğular arasında yüksək səviy­yədə ünsiyyəti dəstəklədiyi üçün bu texnologiya üçün çox vacibdir. 5G, maşınların mərkəzdən idarə olunmasına və məlumatların real vaxtda göndə­rilməsinə imkan verərək bütün trafiki sürətləndirir.

Müasir dövrdə 5G texnologiyası vasitəsilə hesablama gücünün və məlu­matların toplanmasının artması, həm də süni intellektın istifadəsinin əsasını təşkil edir. 5G-nin kənd təsərrüfatı maşınlarında və sensorlarında istifadəsi, mövcud məlumatların miqdarını artıracaq ki, bu da süni intellektin öz vəzifələrini yaxşı yerinə yetirə bilməsinə bir başa təsir edir. Məsələn, meydana gələ biləcək xəstə­liyin yeri barədə erkən xəbərdarlıq edərək məhsuldarlığı artırmağa kömək edəcək. Həmçinin pilotsuz uçan aparatlar alaq skaneri və çiləyici ilə təchiz edilə bilər. Dronun kamera yaddaşına dərin öyrənmə üsullarının tətbiqi alaq otlarının yüksək konsentrasiyası olan yerləri müəyyənləşdirməyə kömək edə bilər. Bundan sonra isə pilotsuz uçan aparat herbisidləri (Alaq otlarını öldürmək üçün istifadə olunan kimyəvi maddələr) yalnız ehtiyac olduqları yerlərə tətbiq edəcəkdir. Bundan əlavə, məhsullar rəng və ya məhsul ölçüsü analizindən istifadə edərək məhsulun vaxtında yığılmasını da həyata keçirə bilər.

Dron kameraları məhsul və alaq otları arasındakı fərqi görə biləcək. Bu məqsədlə Blue River-ın Vodafone 5G sistemi saniyədə 20 şəkil çəkən yüksək dəqiqlikli kameralardan istifadə edir.

5G texnologiyası bu məqalədə qeyd olunan tətbiqləri ilə kənd təsərrüfatı sektorunda böyük bir artıma səbəb olacaqdır. Fermerlər yüksək qiymətli mal qara saxlaya və onlara tam nəzarət edə biləcəklər. Bu da inəyin sağlamlığı və qida qəbulu üçün çox vacibdir. Bu texnologiyalar vasitəsilə fermerə konkret bir heyvana kömək etməsi haqqında məlumat verilir.

Geolokasiyadan istifadə etməklə mal-qara tapmaq qiyməti, dəyəri azaldıla bilər. Bu, xüsusilə heyvandarlıqda buzovlama mövsümündə vacibdir. Bu məqsədlə Vodafone şirkəti xüsusi “Moocall” adlı sensor da hazırlamışdır. Vodafone şirkə­tinin istehsalı olan “Moocall” adlı sensor heyvanın quyruğuna quraşdırılır və bu buzov anadan olduqda fermerə xəbərdarlıq edir. Bu sensorla artıq 250.000-dən çox buzov təhlükəsiz şəkildə dünyaya gəlmişdir.

5G texnologiyasının “ağıllı” fermerçilikdə suvarma sahəsində də geniş tət­biq­ləri nəzərdə tutulmuşdur. Aydındır ki, quraq ərazilərdə suya qənaət etmək çox vacibdir, bu məsələni də 5G texnologiyası ilə işləyən torpaq zondlarını istifadə etməklə həll etmək olur. Onlar suvarma xəttindən təxminən 1,5 m dərinlikdə yer­ləşdirilir ki, bu da fermerin torpaq nəmini, su quruluşunu və duzluluğunu izləyə bilməsi üçün məlumat toplayır və fermerə göndərə bilir. Bu göndərilən məlumatlar fermer tərəfindən analiz edilir, sonra bu məlumatlar əsasında da suvarma dövrlərini və torpaq qidalanmasını idarə edə bilər. Beləliklədə əkin sahələrinin suvarıl­masında zondlar 5G texnologiyasının köməyilə su istehlakını 40% azalda bilər.

5G-nin tezliyi daha yüksək olduğundan, burada diapazon daha qısadır. Bun­un üçün əlavə mobil qüllələr tələb olunur. Hiber şirkəti ucqar bölgələr və inkişaf etməkdə olan ölkələr üçün hazırlanmış Hiberband adlı dünyanın ilk IoT peyk şəbəkəsini istifadəyə vermişdir. Hiberband şəbəkəsi yerdəki modemlərdən və ante­nalardan məlumatları birbaşa nanopeyklərə ötürür və sonra da istifadəçiyə qaytarır.

Ağıllı fermerçilik sadəcə texniki bir yenilik deyil, o daim artan əhalinin ərzaq təlabatını ödəmək üçün lazım olan bir vasitədir. Çünki mövcud ənənəvi kənd təsərrüfatı infrastrukturu ilə bu mümkün deyil.

5G şəbəkələri xidmət keyfiyyətini artırmalı və baza şəbəkədə şəbəkə bölün­məsi kimi ən yeni texnologiyalardan istifadə etməlidir. Müasir dövrdə “ağıllı” kəndlərdəki fermerlər IoT dəstəkləyən texnologiyalar tətbiq etməyə başlayırlar. 5G texnologiyası sürətinə və yüksək ötürücülük qabiliyyətinə görə kənd təsərrüfatında daha çox tətbiq sahəsi tapmışdır. Bu da Əşyalar İnternetini (IoT) yeni səviyyəyə qaldırmışdır, bu texnologiya əkin sahələrinin suvarma işinə kömək etməkdən məhsul xəstəliklərinə qarşı mübarizə aparmağa qədər daha çox kənd təsərrüfatı sahəsində tətbiq olunur. Onu da qeyd edək ki, Əşyalar İnterneti (IoT) texno­logiyalarının kənd təsərrüfatında istifadə imkanları demək olar ki, sərhədsizdir.

Ekoloji və sosial faydalar

Onu da qeyd edək ki, 5G texnologiyasının kənd təsərrüfatına tətbiqlərinə qoyulan investisiyalardan əldə edilə bilən maliyyə faydalarından əlavə olaraq, 5G şəbəkəsinə qoşulmanın bir çox əsas ekoloji və sosial faydaları da vurğulanır. Məsələn, iş yerlərində işçilərin təhlükəsizliyinin təmin edilməsini, işçilərin bac­arıqlarının artırılmasını təmin edir.

5G texnologiyalarının tətbiqlərinin yaratdığı ani sürətli internetin işlədiyi əsas texno­logiyalardan biri də Beamforming prinsipi və ya şüaların forma­laş­dırılması texno­logiyasıdır. 5G texnologiyalarında istifadə olunan Massive MIMO bazası bütün siqnalları qəbul edir və onların gəliş vaxtını və istiqamətini hes­ablayır. Müəyyən alqoritmlərdən istifadə edərək siqnalın haradan gəldiyini təyin edir və yenidən tele­fona ötürülməsi üçün ən yaxşı marşrutu yaradır. Bu tex­nologiyanın sayəsində baza stansiyaları bütün istiqamətdə siqnal yayımla­maq­dansa, müəyyən bir cihaza cəmlən­miş bir məlumat axını göndərə bilir. Bu isə həm­in şəbəkənin fəaliyyət göstərdiyi regionun ekologiyasının yaxşılaşmasında kifayyət qədər müsbət rol oynayır. Çünki əvvəlki nəsil mobil rabitə operatorlarının baza stansiyalarının qüllələri siqnalları bütün istiqamətdə yayırdılar ki, buda onun əhatə dairəsinə daxil olan ərazinin fəzasında kifayyət qədər lazımsız elektromaqniq “dümanı” yaradırdı. Təbii ki, bu elektromaqniq “dümanı” həmin ərazıdə yaşayan canlılara və bitki örtüyünə müəyyən dərəcədə mənfi təsir göstərirdi. Məhz bu baxımdan da bölgənin ekologi vəziyyətinin normallaşması baxımından da 5G texnologiyasının tətbiqi məqsədə uyğundur. Belə baza stansiyalarının nəticəsində həmçinin müharibə dövründə əhalinin həyacan siq­nalı ilə xəbərdaretmə sisteminin mükəmməl və fasiləsiz işləməsi də təmin ediləcəkdir.

5G texnologiyasının kənd təsərrüfatına tətbiqləri, həmçinin təbiətə atılan karbon tullantılarının və enerji istehlakının azaldılmasına və təbii ehtiyatların istifadəsinin azaldılmasına səbəb olur. Eyni zamanda, sosial inteqrasiyanı, idxal və ixracat təhlükəsizliyini də təmin edir.

Yekun

Nəticədə “ağıllı” idaərəçilik sistemləri quraşdırmaq üçün ilk əvvəl həmin ölkə ərazisində mobil rabitənin 5G texnologiyasını quraşdırmaq lazımdır. Onu da qeyd edək ki, əvvəlki nəsillərdən fərqli olaraq 5G şəbəkələrinin ölkədə qurulmasını yalnız ölkədəki özəl mobil operatorlara həvalə etmək olmaz, xüsusi strateji əhəmiyyət kəsb etdiyindən bu şəbəkənin qurulmasını və idarə edilməsini dövlət tam nəzarətə götürməlidir. Çünki bu şəbəkə üzərindən bir çox strateji sahələrin fəaliyyətləri həyata keçiriləcək, məsələn, ölkənin tibbi fəaliyyəti, aqrar sektoru, hərbi sənayesi və s. strateji sahələri 5G texnologiyası əsasında fəaiyyətini geniş­ləndirəcək. Bu baxımdan dövlətlərin tam dövlətin nəzarətində olan milli mobil rabitə operatoru yaratmaları daha yaxşı olardı.

Cənab Prezident Ilham Əliyevin “ağıllı” kəndlə bağlı layihəsi uğurla real­laşandan sonra, nəinki həmin bölgədə yaşayan vətəndaşlarımızın rifahı yüksə­ləcək, hətta işğaldan azad olunan rayonlarımız ölkə iqtisadiyatının, neft sektoru istisna olunmaqla lok­omotivi rolunda çıxış edə bilər. Məhz ağıllı kənd təsərrüfatının tət­biqi ilə ölkə­mizdə kənd təsərrüfatı məhsullarına olan təlabatımız artıqlanması ilə ödənər və hətta başqa ölkələrə kənd təsərrüfatı məhsulları da ixrac edə bilərik. Di­g­ər tərəfdən o bölgədən olan vətəndaşlarımız “ağıllı” kənd mod­elində kənd təs­ər­rü­fatı ilə məşğul olmağın asan və daha çox faydalı olduğunu gördükdən sonra onların həmin böl­gələrə axını baş verər. Beləliklə də vətən­daşlarımızın işğaldan azad olunmuş torpaqlarımızda daha çox məskunlaş­masına bir situmul yaranmış olar.

Quliyev Natiq, Dossent, Bakı Dövlət Universiteti,

Şamilov Zəfər, Dossent, Azərbaycan respublikası

Dövlət Miqrasiya xidməti.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm