Dünya
Süd Yolu qalaktikasında nəhəng dalğa aşkar edildi - FOTO
Avropa Kosmik Agentliyinin (ESA) "Gaia" peykinin topladığı yeni məlumatlar Süd Yolunun xarici bölgələrində nəhəng “kosmik dalğa”nın formalaşdığını üzə çıxarıb. Alimlərin fikrincə, bu dalğa keçmişdə baş verən böyük toqquşmanın izlərini daşıyır.
Publika.az xəbər verir ki, araşdırma İtaliyanın Milli Astrofizika İnstitutundan Eloisa Poggionun rəhbərlik etdiyi qrup tərəfindən aparılıb.
Mütəxəssislər Süd Yolunun xarici diskində 17 min gənc nəhəng və 3400 Sefeid dəyişkən ulduzun hərəkətlərini təhlil ediblər. Nəticədə, ulduzların yuxarı-aşağı istiqamətli hərəkətlərində müntəzəm “dalğa effekti” müşahidə olunub.

Tədqiqatçıların fikrincə, bu dalğalar daş atıldıqdan sonra gölün səthində əmələ gələn halqalara bənzəyir. Dalğanın amplitudası, yəni yuxarı və aşağı istiqamətdə olan salınım miqdarı, qalaktikanın mərkəzindən uzaqlaşdıqca artır.
Alimlər bu kosmik dalğanın mənbəyini dəqiq bilmirlər. Lakin ən güclü ehtimallardan biri Süd Yolunun hazırda qarşılıqlı əlaqədə olduğu "Sagittarius" cırtdan qalaktikasıdır. Mütəxəssislərin fikrincə, bu kiçik qalaktika Süd Yolunun diskindən keçərək qalaktikada gölməçəyə atılan daş kimi dalğalar yarada bilər.

Bununla da , "Gaia" məlumatları bir daha Süd Yolunun düz, sakit bir quruluş deyil, əyri və dalğalı bir disk quruluşu olduğunu təsdiqləyib.
Alimlər 2026-cı ildə buraxılması planlaşdırılan"Gaia"nın dördüncü məlumat dəstəsi (DR4) ilə bu dalğanın mənbəyini daha aydın şəkildə araşdırmağı hədəfləyirlər.
Araşdrma "Astronomy & Astrophysics" jurnalında dərc olunub.
Roza
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO












.jpg)



.jpg)
.jpg)

.jpg)



















