Sosial
Almaniyadan Azərbaycana qayıdanlara 21 baş qoyun verildi - FOTO
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir
BMqT-dən Publika.az-a verilən məlumata görə, təşkilatın Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Lənkəran rayonuna səfər edərək Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində Almaniyadan könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin etmişdir. Bu layihə çərçivəsində BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün Lənkəran rayonunun Haftoni kəndində bir ailə 21 baş qoyun satın aldı.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü olaraq qayıdan şəxslərə və onların ailələrinə fayda gətirməyi hədəfləyən gəlir mənbəsinin yaradılması ilə bağlı yardımlardır. KQYR layihələri çərçivəsində qayıdanlara əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilmişdir. Qayıdan şəxslər BMqT-nin köməyi ilə kiçik təsərrüfat (heyvandarlıq), xidmət sektoru, ticarət və kiçik istehsal sahələrində sahibkarlıq fəaliyyətlərini qurub.



-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi










.jpg)
























.jpg)

.jpg)