Sosial
Bakıda 14 qəbul məntəqəsi yaradıldı - SİYAHI
Bakıda istifadə olunmuş batareya daşlarının qəbulu məntəqələri yaradılıb.
Publika.az xəbər verir ki, zibil qutusuna atılan bir batareya daşı ağır metallarla 400 litr su və ya 20 kvadrat metr ərazini çirkləndirə bilər. Zibil qutusuna atılan batareya daşı zibilliyə düşür və orada korroziya və ya yanma prosesi nəticəsində özündən hava və ya qrunt suları vasitəsilə yayılaraq qida və ya su ilə orqanizmizə daxil olacaq zərərli maddələr buraxır. Orqanizmdə toplanmaq xüsusiyyətinə malik olduğundan zərərli maddələr hətta az miqdarda olduqları halda belə onkoloji, reproduktiv və digər ciddi xəstəliklərə səbəb ola bilər.
Batareya daşlarının hamısında insan sağlamlığına çox ciddi ziyan vuran toksik elementlər var:
● qurğuşun - böyrəklərə, qaraciyərə və sinir sisteminə, sümük toxumasına təsir edir, qan hüceyrələrinin ölümünə səbəb olur
● kadmium - ağciyərə və böyrəklərə zərər verir
● civə - sinir sisteminə, qaraciyərə, böyrəklərə, mədə-bağırsaq traktına, tənəffüs yollarına zərər verir
● nikel və sink - əsasən mədəaltı vəz, bağırsaq, qaraciyər və beyinə zərər verir
● qələvilər - selikli qişaları və dərini yandırır
Bunun qarşısını almaq üçün, ilk növbədə çoxdəfəli akkumulyatorlarla əvəz etməklə batareya daşlarının istifadəsini azaltmalı, eləcə də istifadə olunduqdan sonra onlar qəbul məntəqələrinə təhvil verilməlidir.
Bakıda bunu IDEA Campaign tərəfindən quraşdırılan istifadə olunmuş batareya daşlarının toplanması konteynerləri vasitəsilə etmək olar.
Batareya daşlarının qəbul məntəqələrinin ünvanları:
1. 6 saylı məktəb-lisey.
Ünvan: Şövkət Ələkbərova küç, 2
2. 23 saylı orta məktəb
Ünvan: 28 May küç., 16
3. 132-134 saylı təhsil Kompleksi
Ünvan: İstiqlaliyyət küç.,, 51
4. BANM - Bakı Ali Neft Məktəbi
Ünvan: Xocalı prosp., 30
5. Oxbridge Academy
Ünvan: Heydər Əliyev prosp., 203
6. BOS - Baku Oxford School
Ünvan: Abbasqulu Abbaszadə küç., 8
7. MTK - Heydər Əliyev adina Müasir Təhsil Kompleksi
Ünvan: Səməd Vurğun küç., 1006
8. BIS - Baku International School
Ünvan: Əcəmi Naxçıvani küç., 3097
9. TISA - The International School of Azerbaijan
Ünvan: "Royal Park" YK
10. French Lyceum of Baku
Ünvan: Nobel prosp., 15
11. Baku European School
Ünvan: Həsən Məcidov kü.,, 7с
12. ADA University
Ünvan: Əhmədbəy Ağaoğlu küç. 11
13. DIA - Dovlət Idarəçilik Akademiyasi
Ünvan: Lermontov küç.,, 74
14. ABC - Azerbaijan British College
Ünvan: M Əliyev küç.,, 20/41
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


