Sosial
Sosial şəbəkədə aktivliyə görə “Azəriqaz” birinci yerdə qərarlaşdı - VİDEO
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk səhifəsində sosial şəbəkədə aktivliyi ilə seçilən dövlət qurumları haqda paylaşım edib.
Publika.az-a daxil olan məlumata görə, o, paylaşımında qeyd edir ki, son zamanlar bir sıra dövlət qurumları sosial mediada xeyli aktivləşib:
“Bir çox dövlət qurumlarında dəqiq qrafik üzrə qurumun 1-ci şəxsi və ya rəhbər şəxslər səviyyəsində canlı yayımlar, video qəbullar və sual-cavablar təşkil olunur. Güman etmək olar ki , məhz bunun nəticəsidir ki, hətta ictimai rəydə tez-tez tənqid olunan qurumlar sosial mediaya inteqrasiyadan sonra onların reputasiyasında müsbət istiqamətdə irəliləyiş də hiss olunur. Yəni, bir çox dövlət qurumları vətəndaşlarla daha çevik və effektiv informasiya münasibətləri qurmaqla bərabər, həm də nüfuza xələl gətirə biləcək risklərin və böhranlı vəziyyətin qarşısını zamanında almaq üçün sosial mediadan çox effektiv istifadə edirlər”.
Daha sonra Osman Gündüz müşahidələri və qısa araşdırmaları əsasında son zamanlarda sosial mediada daha aktiv olan dövlət qurumlarının adlarını təqdim edib. "Azəriqaz" İstehsalat Birliyi birinci yerdə qərarlaşıb.
1. “Azəriqaz” İstehsalat Birliyi;
2. Baş Prokurorluq;
3. Təhsil Nazirliyi;
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
5. Dövlət Miqrasiya Xidməti.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 2021-ci il yanvar ayının 22-dən etibarən “Facebook” sosial şəbəkəsi üzərindən hər həftənin 5-ci günü saat 14:00-da canlı yayım təşkil edir. Bu yayımlarda ünvanlanan suallar cavablandırılır, müraciətlər qeydə alınır. Baş direktorla yanaşı hər həftə qurumun bir məsul şəxsi də yayıma qatılır.
Proses “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Məlumat 02.04.2021 “Azəriqaz” İstehsalat Birliyi Y. Səfərov küç. 35 AZ 1025, Azərbaycan, Bakı Tel: (99412) 521 22 25 Faks: (99412) 521 22 69 Mob: (99450) 274 27 77 E-poçt: [email protected] zamanı qaz təchizatındakı problemləri digər struktur rəhbərləri də yaxından izləyir və operativ olaraq münasibət bildirilir.
Sosial şəbəkədə təşkil olunan canlı yayımlar barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına müsahibə verib.
Müsahibə ilə qeyd olunan keçiddən tanış ola bilərsiz:
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)


















.jpg)






.jpg)


