Sosial
20 min abonentə xidmət edəcək qaz xətti yeniləndi - FOTO
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində daha 20 min abonentin qaz təchizatı yaxşılaşdırılır.
Publika.az xəbər verir ki, Yasamal rayonunun M.Həmidov küçəsində istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti diametri 400 mm olan polietilen boru ilə əvəzlənib. Son mərhələ olaraq mayın 4-də M.Həmidov, H.Zərdabi küçələrinin kəsişməsində yeraltı qaz xəttinin mövcud qaz şəbəkəsinə qoşulması işləri həyata keçirilib. Üç qaz paylayıcı məntəqədən gələn daşıyıcı xətlər bir nöqtədə birləşdirilir, hər xəttin üzərində müxtəlif diametrli siyirtmələr quraşdırılır. Bu da abonentlərin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək, hər hansı qəza, təmir-tikinti zamanı qaz təchizatında uzunmüddətli fasilə yaranmaması məqsədilə həyata keçirilir. Qeyd edək ki, yeni qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar olaraq bu gün səhər saatlarından Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2-ci Alatava, Şərifzadə, V.Əliyev, X.Mustafayev, D.Bünyadzadə, R.Tağıyev, Ü.Ələkbərov, İ.Zülalov, X.Dadaşov və Xiyabani küçələrində qazın verilişində müvəqqəti fasilə yaranıb. Günün sonunadək qaz təchizatı bərpa olunacaq.
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı



































.jpg)

