Sosial
Xocasəndə ağacəkmə aksiyası keçirildi - FOTO
Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Binəqədi Rayon Xocasən qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Publika.az xəbər verir ki, aksiyada Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Mərkəzi Aparatının, ETSN-nin və Binəqədi RİH-nin əməkdaşları, partiyanın Gənclər Birliyinin üzvləri iştirak ediblər.
Bu tədbir Yeni Azərbaycan Partiyası fəallarının ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə tutulmuşdur. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.
Qeyd edək ki, ağacəkmə aksiyası çərçivəsində 850 ağac əkilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
