Sosial
Bakı metrosu açılsın və bu şəxslərin GİRİŞİ QADAĞAN EDİLSİN - TƏKLİF VERİLDİ
7 aydan çoxdur ki, “Bakı Metropoliteni” sərnişinlərin üzünə qapalıdır. Yoluxmaların azalacağı, vaksinasiyanın aparılacağı halında metronun da fəaliyyət göstərəcəyi deyilirdi.
Son günlər isə havaların isinməsi xüsusilə də havalandırma sistemi olmayan köhnə avtobuslardan istifadə edən sərnişinlər arasında narazılıq yaradıb.
Məktəblərin yenidən fəaliyyətə başlaması da “Bakı Metropoliteni”nin açılmasını labüd edir. Hər kəs metronun açılacağı, sıxlığın aradan qalxacağı günü səbirsizliklə gözləyir. Hətta sosial şəbəkələrdə son günlər müzakirə olunan əsas məsələlərdən biri də metropolitenin nə zaman sərnişindaşıma fəaliyyətinə başlaması ilə bağlıdır.
Bakı metrosunun nə vaxt açılacağı ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
Qurum sözçüsü Publika.az-a açıqlamasında bildirdi ki, metronun nə zaman açılacağı hələ ki, məlum deyil: “Metropolitenin açılması ilə bağlı hələ ki, qərar yoxdur. Bizə nə rəsmi, nə də ki, qeyri-rəsmi formada hansısa tapşırıq, yaxud da qərar daxil olub”.
Hazırkı epidemioloji vəziyyəti və vaksinasiya prosesini nəzərə alsaq, metropolitenin fəaliyyətə başlaması məqbuldur?
Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm saytımıza açıqlamasında dedi ki, avtobuslarda sıxlıq yaşanır. Metropoliten açılmalıdır və hazırda açıla bilər:
“Ancaq hesab edirəm ki, peyvənd vəsiqəsi olanlar metroya buraxılmalıdır. Polis əməkdaşları metropolitenin girişində dayanaraq sərnişinlərin peyvənd pasportunun olub-olmamasını yoxlasınlar. Sözügedən pasportu olanlar metroya buraxılsın. Belə olarsa, vaksinasiya prosesi də sürətlənər. Nəzərə alsaq ki, hazırda Azərbaycan əhalisi vaksinasiyaya meyilli deyil, bu baxımdan təklifim nəzərə alınsa, effektiv olacaq”.
Akqabay Mıradov
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var








.jpg)



.png)















.jpg)
.jpg)





