Sosial
Azərbaycanda tanınmış professor VƏFAT ETDİ - FOTO
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (AZTV) keçmiş sədri, filologiya elmlər doktoru, professor, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Nizami Xudiyev vəfat edib.
Bu barədə Publika.az-a ADPU-dan məlumat verilib.
N.Xudiyev 72 yaşında dünyasını dəyişib.
Nizami Mənaf oğlu Xudiyev 1949-cu il aprel ayinin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 1990-cı ildən indiyədək ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru idi. 1994-1996-cı illər ADPU-nun rektoru,1995-ci il 2 saylı Şərur-Babək seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 1996-2013-cü illər Naxçıvan Dövlət Universitetinin nəzdində filologiya və Vətən tarixi üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü (N-054-1201) olub.
14 kitabın və 400-dən artıq elmi məqalənin müəllifidir.
-
MDB15:10Dmitri Peskovun qızı ilk dəfə o görüntünü paylaşdı - FOTO
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var











.jpg)






















