Sosial
Yeriyə bilməyən beş qazimiz Türkiyədə AYAĞA QALDIRILDI - FOTO
Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşərək sağlamlıqlarını itirmiş daha 14 qazimizin müalicəsi YAŞAT Fondunun göndərişi əsasında Türkiyənin Kocaeli şəhərində davam etdirilir.
Müalicə və reabilitasiyası davam etməkdə olan Vətən müharibəsi iştirakçısı Çingiz Vəliyev müalicəsinin gedişatından razı olduğunu və tez bir zamanda sağalaraq, Azərbaycana qayıtmaq istədiyini deyib:
"Mən Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmışam, belimdən və ayağımdan ağır qəlpə yarası almışam. Doğrusu, buraya gələndə ayağımda heç bir hərəkət yox idi. Şükürlər olsun, indi hərəkət etməyə başlamışam, İstanbulda əsaslı müalicədən sonra YAŞAT Fondunun dəstəyi ilə buraya (Kocaeliyə) göndərilmişəm. Burada fizioterapiya üzrə gündəlik seanslar keçirəm. Bu şəraiti yaratdıqları üçün ölkə rəhbərliyinə, YAŞAT Fonduna və burda çalışan həkimlərin hər birinə öz dərin təşəkkürümü bildirirəm. İndi mənim də, bütün buradakı digər qazi qardaşlarımın da arzusu sağlamlığımıza tam şəkildə qovuşaraq, doğma torpağımıza qayıdıb, uğrunda qan tökdüyümüz Qarabağın təbiətində dincəlməkdir" - o qeyd edib.
Qazilərimizin müalicəsi və reabilitasiya prosesləri ilə məşğul olan xəstəxananın fiziki terapiya həkimi uzman. dr. Esra Mustafa müalicənin aparılması və effektivliyi ilə bağlı qeyd edib ki, xəstəxanada Vətən müharibəsinin 14 qazisi var:
"Təbii ki, qazilərin hər birinin vəziyyəti müxtəlif cürdür. Bir qisminin ya sağ, ya sol ayağında hərəkətetmədə problem var. Fevralın 14-dən indiyədək burada qazilərimizin müalicə və reabilitasiyası ilə yaxından maraqlanırıq. Bildiyiniz kimi, fiziki terapiya və reabilitasiya uzun və vaxt aparan prosesdir. Lakin həm biz - həkim heyəti, həm də qazilərimiz müalicənin müsbət nəticələrindən olduqca məmnundur. Məsələn, təkcə buradakı beş qazimiz gəldiyi zaman ümumiyyətlə yeriyə bilmədiyi halda, indi onlar sərbəst şəkildə yeriyə və hərəkət edə bilirlər. Bütün qazilərimizə fiziki terapiya ilə yanaşı, psixoloji dəstək də təmin etməkdəyik. Bütün bu xoş nəticələr bizi daha da ümidləndirir, hər birinin tam sağlam şəkildə evlərinə qayıtmaları üçün səylə işləməyə davam edəcəyik".
Qeyd edək ki, indiyədək 90-a yaxın Vətən müharibəsi qazimiz müayinə, müalicə və reabilitasiya üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib. Kocaeli şəhəri ilə yanaşı, İstanbul və Bursa şəhərlərində də onların müalicəsi davam etdirilir. / "Report"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?