Sosial
Nazirlər Kabinetindən əlilliyi olan şəxslərlə bağlı YENİ QƏRAR
Əlilliyi olan şəxslərin reabilitasiya müəssisəsinə qəbul edilməsi və reabilitasiya tədbirlərinin həyata keçirilməsi proseduru müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, əlilliyi olan şəxslərə Fərdi Reabilitasiya Proqramı əsasında göstərilən reabilitasiya xidmətlərinin uçotu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsistemi vasitəsilə aparılır. Müəssisəyə qəbula ən azı 2 iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir. Əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində qalma müddəti Fərdi Reabilitasiya Proqramına əsasən reabilitasiya tədbirlərinin növü, xarakteri və həcmindən asılı olaraq müəyyən olunur.
Reabilitasiya müəssisəsinə əlilliyi olan şəxslərin qəbul edilməsinə əks göstərişlər aşağıdakılardır:
- xəstəliyin xüsusi stasionar müalicə tələb edən kəskinləşmə və yarımkəskin mərhələsi;
- stasionarda müalicə tələb edən tez-tez kəskinləşməyə və dekompensasiyaya, residivə meylli ruhi xəstəliklər;
- fəal fazada bədxassəli şişlər;
- müxtəlif mənşəli kaxeksiyalar;
- geniş trofik və yataq yaraları;
- irinli-nekrotik xəstəliklər;
- yoluxucu və zöhrəvi xəstəliklər.
Qeyd olunan nəzərdə tutulmuş əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsinə qəbulu zamanı aşkar edildikdə əlilliyi olan şəxs reabilitasiya müəssisəsinə qəbul edilmir. Həmin əks göstərişlər əlilliyi olan şəxsin reabilitasiya müəssisəsində olduğu vaxt aşkar edildiyi hallarda əlilliyi olan şəxsə reabilitasiya xidmətlərinin göstərilməsi dayandırılır. Bu hallarda əlilliyi olan şəxs reabilitasiya müəssisəsi tərəfindən müvafiq tibb müəssisəsinə göndərilir.
Fərdi Reabilitasiya Proqramında müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat reabilitasiya müəssisəsi tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyasına təqdim edilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
