Sosial
Vətən müharibəsinin iştirakçısı işdən imtina etdi
“Sirvan rayonundan olan və vətən müharibəsinin iştirakçısı Həsənov İqbal Vüqar oğlunun işsiz qalması ilə bağlı yayılan xəbərlərlə bağlı müəyyən araşdırma apardım. Araşdırmalarımın nəticəsinə görə, o, işlə təmin edilib”.
Publika.az xəbər veri ki, bu sözləri Ehtiyyatda olan palkovniki, hərbi ekspert Ədalət Verdiyev deyib.
O, sözlərinə belə davam edib: “22.04.2019-cu il tarixində İqbal Həsənov “Şirvan REŞ” MMC-də sosial işçi olaraq işə qəbul edilib. 27.09.2020-ci il tarixdə səfərbərliyə cəlb olunması ilə əlaqədar işdən azad edilib, 01.12.2020-ci il tarixdə səfərbərlikdən qayıdıb və işinə bərpa olunub.
Nazirlər Kabinetindən daxil olan məktuba əsasən sosial işçilərin Dost İş Mərkəzinə keçirilməsi ilə əlaqədar, 05.01.2021-ci il tarixində Həsənov İqbalın müqaviləsinə xitam verilərək Dost iş Mərkəzinə göndərilib. Lakin Həsənov İqbal Vüqar oğlu Dost iş Mərkəzində çalışmaqdan imtina edib”.
Ədalət Verdiyev daha sonra bunları qeyd edib: “Vətən uğrunda savaşmaq, heç kimə kapriz nümayiş etdirməyə imkan vermir. Sadə və vicdanlı olmalıyıq, bu ölkədə minlərlə Şəhid ailəmiz, 10 minlərlə yaralımız, 100 minlərlə veteranımız, 10 minlərlə orden və medal alan qəhrəmanlarımız var, onların hamısını işlə və evlə təmin etmək asan məsələ deyil. 30 il orduda xidmətdən sonra tərxis olunan zabitin uyğun iş tapmaqda çətinlik çəkdiyini bilirəm. 2 ay 4 gün xidmətdən sonra tələblərimiz reallıq, imkan və bacarıqlarımız ilə uyğun gəlməlidir”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi










.jpg)
























.jpg)

.jpg)