Sosial
İmişlidə qazlaşdırılma səviyyəsi 94 faizi keçdi
“Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qəsəbələrin, kəndlərin, yeni yaşayış massivlərinin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini planlı şəkildə sürətlə davam etdirir.
Publika.az xəbər verir ki, görülən işlər çərçivəsində daha bir kəndin qazlaşdırılması işləri yekunlaşıb. İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən 222 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 177 metr olan müxtəlif diametrli polad və uzunluğu 2 146 metr olan polietilen borular vasitəsi ilə daşıyıcı, paylayıcı qaz xətləri çəkilib.
Bütün dünyada hökm sürən koronavirus (COVID-19) pandemiyası şərtləri gözlənilməklə yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin və rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd edək ki, kənddə təbii qaz açılışına ilk olaraq Vətən müharibəsinin şəhidi Asim Rasim oğlu Abbasovun ailəsinin yaşadığı fərdi yaşayış evindən başlanılıb. Beləliklə, bu açılışdan sonra İmişli rayonunda qazlaşma səviyyəsi 94,4 % təşkil edəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
