Sosial
28 yaşlı Sirəcin köməyinizə ehtiyacı var - FOTO/VİDEO
2 il əvvəl işlədiyi çoxmərtəbəli tikilidən yıxılaraq əlil arabasına məhkum olan 28 yaşlı Pirməmmədov Sirəc Dilqəm oğlunun ayağa durması xeyirsevər insanların edəcəyi yardımdan asılıdır.
Publika.az-a müraciət edən Sirəc bildirib ki, onun sağalması üçün külli miqdarda pul lazımdır.
O, 2019-cu ilin iyul ayında ağır qəza keçirib və boynu sınıb. Bununla da Sirəcin bədəninin əksər hissəsi iflic olub, hər iki ayağını və sol qolunu hiss etmir. Sağ əlini isə müəyyən qədər tərpədə, yemək-içmək ehtiyaclarını qarşılaya bilir.
I qrup əlil olan Sirəc Qazax rayonunun Aslanbəyli kəndində yaşayır. Qəza keçirən gündən bəri ölkəmizdə dəfələrlə həkim müayinələrində olub. Sirəcə müalicəsinin Azərbaycanda mümkün olmadığını bildiriblər. O, ayağa durması üçün xaricdə kök hüceyrə nəqli əməliyyatı olunmalıdır. Bunun üçün isə Sirəc Türkiyəyə və ya İsrailə getməlidir. Türkiyədə baş tutacaq əməliyyat üçün 80 min manat vəsait lazımdır. Əməliyyatı qarşılamaq üçün isə ailənin maddi imkanı yoxdur.
Sirəc Pirməmmədovun 3 yaşlı qız övladı var. Bədbəxt hadisə olandan bir müddət sonra həyat yoldaşı övladı ilə birlikdə onları atıb gedib. Hazırda Sirəc ailəsi ilə birlikdə yaşayır. Ailə üzvlərindən isə heç biri çalışmır, buna sağlamlıqları imkan vermir. Onun qardaşı Vətən müharibəsi qazisidir, atası isə II qrup əlildir. Ailə dövlətdən aldığı müavinətlə müəyyən xərclərini qarşılayır.

Dövlət qurumlarına bununla bağlı müraciət etsələr də, heç bir faydası olmayıb. Hazırda Sirəcin əməliyyatı üçün 3 min manat vəsait toplanıb. Digər məbləğin yığılması isə xeyirxah insanların uzadacağı yardım əlindən asılıdır. Sirəc Azərbaycan xalqından, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, xeyirxah insanlardan yardım istəyir. Səsinə səs vermələrini xahiş edir. İndi onun tək arzusu var: əvvəlki sağlamlığına qovuşmaq, ayağa durmaq və həyat yoldaşının çətin məqamında atıb getdiyi övladını böyütmək:

"Hər kəsdən kömək istəyirəm. Səsimə səs versinlər, əvvəlki kimi sağlam olmaq istəyirəm. Övladımla birgə gəzmək, onun əlindən tutub yeritmək, bağçaya aparmaq istəyirəm. Məni bu istəklərimdən məhrum edən əlil arabasından qurtulmaq istəyirəm. Maddi vəziyyətimiz yaxşı deyil, sağalmağım üçün tələb olunan məbləği ancaq xeyirsevər insanların dəstəyi sayəsində toplaya bilərik. Azərbaycan xalqından, xaricdə yaşayan həmvətənlərimizdən yardım etmələrini xahiş edirəm".

Sirəc Pirməmmədova yardım etmək istəyənlər üçün bank kartının fotolarını təqdim edirik:


-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video





























.png)


.jpg)



