Sosial
Şəhid olduğu deyilən qazi evinə SAĞ QAYITDI - VİDEO
Vətən Müharibəsinin qəhrəmanlarından biri də 19 yaşlı əsgər Ramiz Quliyevdir. O, bir çox döyüşlərdə şücaət göstərib, yaralanıb. Hətta sağ olduğu halda şəhid xəbəri belə yayılıb.
Publika.az News24.az-a istinadən xəbər verir ki, Ramiz Quliyev bu gün xidmətini başa vuraraq tərxis olub.
Qazimizin anası Gülçin xanım açıqlamasında sevincinin yerə-göyə sığmadığını deyib:
"Onu qarşımda görmək möhtəşəm hissdir. Bunu sözlə ifadə edə bilmirəm. Allah Ramizi üçüncü dəfə bizə bəxş etdi. O xəstəxanada olarkən, şəhid xəbərini yaymışdılar. Özümə gələ bilmirdim. Ancaq Ramiz özü mənimlə əlaqə saxladı ki, hər şey qaydasındadır. Tək mən yox, bütün el-oba onun yolunu səbrsizliklə gözləyird. Oğlum Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə şücaət göstərib. Füzuli istiqamətində gedən döyüşlərdə ağır travma almışdı. Yaddaşını belə itirmişdi. Məndən başqa heç kimi tanımırdı. Bir müddət xəstəxanada müalicə aldı. Ancaq orada israrla döyüşə qoşulmaq istədiyini bildirib. Özünün xahişi ilə yenidən döyüşlərdə iştirak etdi. İkinci dəfə Şuşada Daşaltı əməliyyatı zamanı ayağından yaralandı. Həmin yaranı da minamyot zərbəsinə tuş gəlib, dərəyə düşən əsgər yoldaşını çıxarmağa gedərkən aldı. Əsgər yoldaşını çiyninə alıb, təpəyə qalxmaq istəyərkən, növbəti minamyot zərbəsi yoldaşının kürəyinə, Ramizin isə ayağına zərbə vurmuşdu. Ancaq çox şükr ki, peşəkar həkimlərin səyi nəticəsində ayağındakı qəlpələr əməliyyatsız çıxarıldı. Əks halda barmaqlarını itirmək təhlükəsi var idi. Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərman və gözəl xasiyyətnaməsi verilib. Həmçinin, təşəkkür məktubu da göndərildi. Sevincimin həddi-hüdudu yoxdur".
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi










.jpg)
























.jpg)

.jpg)