Sosial
Azərbaycanda TÜKÜRPƏDƏN HADİSƏ: patidən istifadə edən ana sevgilisi ilə birləşib oğluna görün nələr yaşatdı
Əsəbləri zəif olanlar baxmasın! Mövzu əlbəttə ki, uşaq zorakılığıdır. Bir neçə gün öncə 5 yaşlı uşaq “ana” tərəfindən nənəsinin əvvəllər işlədiyi kafedə qoyulur, işçilər nənəyə zəng vurur ki, uşaq ölür... Uşaq xəstəxanaya, travmatalogiya şöbəsinə yerləşdirilir və hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Publika.az xəbər verir ki, bu sözləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kamalə Ağazadə instaqramda yazıb. Uşağın ağır vəziyyətdə görüntülərini paylaşan Kamalə Ağazadə dünən xəstəxanada olduqlarını və çəkilişləri Daxili İşlər Nazirliyinə göndərdiklərini bildirib:
“Tədqiqat gedir, inşallah bu gün materialın hansı təhqiqatçıda olduğunu da öyrənəcəm. Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şəxsin olduğunu iddia edir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, məni Kamran döydü, dilimi də o dişlədi... Anasının da orda olduğunu bildirib.
Tədqiqatın işinə müdaxilə etmək fikrim qətiyyən yoxdur, amma SƏADƏT və KAMRAN hardadır sualıma cavab axtarıram...
Nənənin dediyinə görə, bir dəfə də uşağa zorakılıq olub, şərəfsiz üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir... PATI... Gerisini aidiyyəti qurumlara buraxıram. Mən isə 5 yaşlı körpəni tək buraxmayacam!”

-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























