Sosial
Azərbaycanda karantin sərtləşdiriləcək? - AÇIQLAMA
Operativ Qərargah tərəfindən verilən qərarları müsbət qarşılayıram. Biz vaksinasiyadan keçərək COVID-19-a qalib gələ bilərik.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.

Həkim qeyd edib ki, bizim koronavirusa qalib gəlməyimizin yeganə yolu vaksinasiyadan keçir: “İnsanların könüllü şəkildə peyvənd olunması pandemiya müddətinin qısalmasına böyük təsir edir. İlk olaraq araşdırma aparılmalıdır ki, peyvənd olunmuş şəxslərin neçə faizi xəstələnib. Yəni araşdırmaq lazımdır ki, nə qədər insan bu xəstəliyi yüngül keçirib. Peyvənd olunmamış şəxslər digərlərinə nisbətən bu xəstəliyi ağır keçirir. Bəzi virusa yoluxmuş insanlar isə heç xəstəxanaya getmirlər. Ümumiyyətlə, son zamanlar bu xəstəlikdən ölənlərin içində vaksinasiya olunmuş şəxslər yoxdur. Peyvəndlər insan immunitetini gücləndirir və COVID-19 virusundan qoruyur. İstehsal olunmuş vaksinlər bütün ştamlara qarşı effektivdir. Ola bilsin ki, ştamlara təsir faizinə görə aralarında fərq ola bilər. Biz Naxçıvanda olduğu kimi nizam-intizam qaydalarına riayət etsək və ya İsraildə olduğu kimi əhalinin böyük bir hissəsi vaksinasiya olunsa, bu virusa qalib gələ bilərik. Sərtləşdirilmiş karantin rejiminə ehtiyac yoxdur, nizam-intizam qaydalarına əməl etmək kifayətdir”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
