Sosial
İcra başçısı şəhid anasından oğlunun tortunu KƏSMƏSİNİ İSTƏDİ
Bu gün 21 yaşında şəhidlik zirvəsinə ucalmış, leytenant Əliyev Samir Əliheydər oğlunun Suraxanı rayonunda doğum günü keçirilib.
Publika.az xəbər verir ki, bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi olub. Mərasimində icra başçısı Əziz Əzizov, müavinləri və şəhidin ailə üzvləri iştirak edib.
Lakin mərasimdə xoşagəlməz anlar yaşanıb. Belə ki, icra başçısı Əziz Əzizov şəhid anasının qarşısına oğlunun şəkilli ad günü tortunu qoyub. Əlindəki bıçaqla oğlunun şəkilli tortuna baxan ananın keçirdiyi hisslər üzündən bəlli olub. İcra başçısının mərasimi gülərək izləməsi və anadan oğlunun şəkli olan tortu kəsməyini istəməsi sosial mediada qınaq obyektinə çevrilib.
-
MDB15:35Putin: "Rusiyaya endirilən heç bir zərbə Ukrayna ordusuna kömək etməyəcək!"
-
Avropa15:10Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
-
Avropa15:01Krakov meri seçilmək üçün Ukrayna bayrağını təhqir etdi - VİDEO
-
Region14:00Ermənistanda kürdlərin yaşadığı 11 kənd işıqsız qaldı
-
İdman13:46DÇ tarixində belə bir şey olmayıb
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı








































