Sosial
Karantin rejiminin sərtləşdirilməsi zərurətə çevrilə bilər - AÇIQLAMA
“Azərbaycanda karantin rejiminin yumşaldılmasına, o cümlədən toyların keçirilməsinə, restoran və ticarət obyektlərinin, metronun açılmasına müəyyən karantin qaydaları çərçivəsində icazə verildi. Lakin əfsuslar olsun ki, bu qaydalara tam riayət olunmur və nəticədə yoluxma saylarında artım müşahidə olunmaqdadır. Yoluxma sayı həddən artıq çox olarsa, nəzarətdən çıxarsa karantin rejiminin sərtləşdirilməsi də zərurətə çevrilə bilər”.
Publika.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov deyib.
F.Sədirov bildirib ki, yoluxma saylarında artımın səbəblərindən biri də “Delta” ştammının çox yoluxdurucu olmasıdır: “Bu məsələdə bizə ancaq vaksinasiya kömək ola bilər. Nə qədər çox vaksin olunan olsa, biz yoluxma zəncirini bir o qədər tez qıra bilərik. Vaksinasiya sürətli şəkildə davam etməlidir. Vətəndaşlar vaksinasiyadan imtina etməməlidirlər”.
F.Sədirov əlavə edib ki, nə qədər yumşalmalar olsa da qorunma tədbirləri hər zaman keçərlidir:
“Ən yaxşı qorunma tədbiri məsafədir. Məsafəni gözləmiş olsaq virusa yoluxma təhlükəsini önləmiş olarıq. Digər bir məqam isə ondan ibarətdir ki, bir çox vətəndaşlar vaksinasiydan sonra qoruma tədbirlərinə əməl etmirlər. Birinci doza bizi qorumur, ikinci doza vurulduqdan 14 gün sonra qoruyuculuq yaranır. Ancaq insanlarda birinci vaksini vurdurduqdan sonra arxayınlıq yaranır və öz çevrəsində qoruma tədbirlərinə tam əməl etmir. Müşahidələrimiz də göstərir ki, yoluxanların əksəriyyəti 1-ci vaksinlə 2-ci vaksinin arasında olan müddət ərzində yoluxur. Birmənalı olaraq vaksin vurdurduqdan sonra da biz özümüzü qorumalıyıq”.
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım

















.jpg)


















