Sosial
AZZA müştəriləri BELƏ ALDADIR - FOTO
AZZA sadəcə tort və şirniyyat satmır, həm də tərkibində donuz əti olan kolbasa-sosiska məhsulları satır. Donuz əti satmaq qanunla qadağan deyil, onu yeyən də var, lakin məhsulun tərkibi haqqında onun üstündə Azərbaycan dilində məlumat olmalıdır. AZZA isə arxasında balaca hərflərlə "pork", "pork meat" yazıları olan ət məhsullarını əhaliyə satır.
Publika.az xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev yazıb.
"Vətəndaşlarımızın böyük əksəriyyəti dini səbəblərlə donuz əti yemir. İndi AZZA-dan neçə nəfər bu şəkildə donuz tərkibli kolbasa-sosiska alıb, ingilis dilində bilmədiyi üçün də onları yeyib, bax, bu, bilinmir. Bu səbəblə Azərbaycan dilində məhsulun tərkibi haqqında məlumat verməməklə AZZA sadəcə Nazirlər Kabinetinin 94 saylı qərarını pozmaqla yetinmir, həm də dini səbəblərlə donuz ətini yeməyənlərin dini inancına hörmətsizlik edir.
Ümid edirəm ki, şirkət rəhbərliyi bu məsələdə həssaslıq göstərib müştərilərindən üzr istəməklə yanaşı, bu cür məhsullar üzərində tərkibi barəsində öz dilimizdə məlumat verəcək", - Mehdiyev qeyd edib.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)