4 yaşlı Mirismayılın köməyə ehtiyacı var - FOTO
Bizi izləyin

Sosial

4 yaşlı Mirismayılın köməyə ehtiyacı var - FOTO

4 yaşlı Mirismayıl Ağalarovun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Publika.az-a Mirismayılın atası Mirvaleh Ağalarov məlumat verib.

O bildirib ki, övladının gözündə şiş yaranıb, Bakıda həkimə aparıblar və ona burada əməliyyat olunmalı olduğu deyilib. 4 yaşlı körpə 6 ay əvvəl Azərbaycanda göz qapağının enməsi diaqnozu ilə əməliyyat olunub. Əməliyyatla kiçik şişi götürüblər, ancaq bundan sonra ona ən ağır xərçəng diaqnozu qoyulub: “Oğluma kimyəvi terapiya olunsun dedilər. Bir dəfə yanlış diaqnoz qoyuldu deyə, qorxdum, inanmadım və bu məsələdə həkimlərlə razılaşmadım. Uşağın vəziyyəti getdikcə ağırlaşdı. Dedilər ki, sənin uşağın yaşamayacaq, 1-2 aya gözləri tamamilə örtüləcək. Bir müddət rayonda yaşadıq. Sonra müalicəyə başladıq. Gözünə mikrob düşdü və şişməyə başladı. Həmin vaxt Azərbaycana Türkiyədə oftalmoloq gəlmişdi. O, müayinə etdi və bildirdi ki, oğlum xərçəng deyil, sadəcə gözlərində anadangəlmə artıq damar var, o damar isə əməliyyat edilərək yandırılmalıdır”.

Mirismayıl xalqın dəstəyi ilə 8 min dollar pul toplanaraq Türkiyədə əməliyyat olunub. Ancaq əməliyyat uğurlu olsa da, o, müalicə müddəti gecikdirildiyi üçün 70-80% xərçəngə meyillidir. Atasının sözlərinə görə, Mirismayılın qanında çoxlu viruslar var və hazırda ona bahalı iynələr vurulur: “Ona vurulan iynələr Hindistan və Almaniyadan gəlir. 22 ədəd bahalı iynə yazılıb. Hazırda o, Ankarada Hacettepe Universiteti Xəstəxanasında həmin bahalı iynələrlə müalicə olunur. Türkiyədəki müalicəsi effektivdir, göz qapağının şişi aradan qalxıb, damarın üzərində də iş gedir və yandırılır”.

Mirismayıl göz qapağının qalxması üçün estetik əməliyyat olunmalıdır. Müalicə və əməliyyatla birlikdə isə ailənin ümumilikdə 9 min manata ehtiyacı var. Atası övladının sağlamlığına qovuşması üçün Heydər Əliyev Fondundan və Azərbaycan xalqından yardım istəyir: “Mirismayılın bura qədər sağlam gəlməsində xalqımızın böyük dəstəyi olub. İmkanlı, xeyirxah şəxslərdən bir daha xahiş edirəm, oğluma sağlamlığına qovuşması üçün kömək etsinlər. Çox istəyirəm ki, Mirismayılın xalqımızın dəstəyi ilə başlayan müalicəsi tam şəkildə elə Azərbaycanın yardımsevər insanlarının köməyi ilə də başa çatsın”.

Əlaqə nömrəsi: 055 757 52 42 (Mirvaleh Ağalarov)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm