Sosial
Mediasiya Şurasının geniş iclası keçirildi
Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutu yaradılıb, onun fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazası formalaşdırılıb, Mediasiya Şurası təsis edilərək fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, 250-dək mediatoru birləşdirən Şuranın videokonfrans formatında geniş iclası keçirilib.
Mediasiya institutunun faktiki olaraq fəaliyyət göstərdiyi 2 ayadək müddət ərzində bu sahədə mühüm təşkilati tədbirlərin həyata keçirildiyi, mediasiyanın tətbiqi ilə bağlı 4 000-dən çox müraciətə baxıldığı bildirilib.
İclasda həmçinin Şuranın ilkin fəaliyyət nəticəsi müzakirə olunub.
Qeyd edilib ki, ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmələrin iş yükünün azaldılmasında mühüm rolu olan mediasiyanın ilkin təcrübəsinin öyrənilməsi və bu institutun səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Mediasiya Şurası və digər aidiyyəti qurumlarla birgə məhkəmələrdə monitorinqlərin keçirilməsi təşkil olunub.
Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar, o cümlədən işlərin bölüşdürülməsi qaydasında qüsurlar, bu sahədə müstəsna əhəmiyyəti olan "Mediasiya.org" portalının funksionallığının artırılması ehtiyacı və s. aşkarlanıb.
Tədbirdə həmin hallar diqqətə çatdırılıb, onların aradan qaldırılması üçün tədbirlər müəyyən edilib, o cümlədən “qaynar xətt”in yaradılmasının zəruriliyi bildirilib.
Çıxış edən mediatorlar mediasiya fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən tərəflər arasında münaqişələrin azaldılması və mübahisələrin onları razı salacaq şəkildə həlli üçün mediatorların üzərinə düşən vəzifələri qeyd edib, görülən tədbirlərin yeni qurulan mediasiya fəaliyyətinin səmərəliliyinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


