Sosial
Bakı Zooloji Parkı açıldı, ilk ziyarətçiləri şəhid övladları oldu - FOTO
İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2017-ci ildə Bakı Zooloji Parkının əsaslı təmirinə başlanılıb. Təmir zamanı ərazi 2,125 hektardan 4,125 hektara qədər genişləndirilib. Ərazidə 30000 kvm-ə qədər yaşıllıq sahələri var. Kolleksiyamızda 125 növ heyvan var. Onların 22-i Azərbaycanın "Qırmızı kitab"ına daxil olan növlərdir. 39 növ məməli, 24 növ quş, 62 apaterrariuma aid heyvan var. Burada sürünənlər, suda-quruda yaşayanlar, balıq növləri var.
Publika.az xəbər verir ki, bunu Bakı Zooloji Parkının direktoru Nəzarət İsayeva parkın açılışı zamanı deyib.
O bildirib ki, təmir tikinti zamanı əsas məqsəd heyvanların şəraiti, onların yaşamasını yaxşılaşdırmaq idi. Bununla bağlı parka xarici ekspertlər dəvət olunub: "Ərazidə apaterrarium, konatktzoopark, klinika, uşaqlar üçün viktori inşa edilib. Ərazinin tək daxili görünüşü yox, eyni zamanda yanaşması da dəyişilib. Belə ki, "Qırmızı kitab"a daxil olunan növlərin çoxaldılması, təbiətdə populyasiyasının artırılması məqsədilə rentraduksiya işləri həyata keçiriləcək. Biologiya, ekologiya fakültəsində oxuyan tələbələr üçün xüsusi şərait yaradılacaq ki, burada tədqiqat işlərini apara bilsinlər. Uşaqlar üçün hər zaman xüsusi proqramlar, seminar və treninqlər keçiriləcək".
Nəzakət İsayevanın sözlərinə görə, Bakı Zooloji Parkı hər gün saat 10:00-dan 17:30-dək ziyarətçilərini gözləyəcək: "Biletlər böyüklər üçün 5 manat, tələbə və şagirdlər üçün 2 manat, qazilər üçün güzəştli olaraq 2 manat, şəhid ailələrinin övladları, internat evlərindən olan uşaqlar və 3 yaşınadək uşaqlar üçün pulsuz olacaq. Saat 10.00-dan 17.30-a qədər kassalar fəaliyyət göstərəcək və eyni zamanda onlayn formada da bilet satışı həyata keçiriləcək. Qapalı məkanlarımız olduğu üçün parka girişdə COVID pasportu tələb olunacaq".
O qeyd edib ki, bu günkü açılış üçün ilk ziyarətçilər şəhid ailələrinin və uşaq evlərinin uşaqlardır: "450-ə yaxın qonağımız var. Onlar kolleksiyamız ilə yaxından tanış olublar. Əsas məqsəd uşaqlarda heyvanlara qarşı sevgi hissi formalaşdırmaqdır".
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

























