Sosial
"Zəfər yarmarkası"ndan əldə olunan gəlir Fonda veriləcək
"Zəfər yarmarkası"ndan əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün YAŞAT Fonduna ianə ediləcək.
Publika.az Report-a istinadən xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Zəfər yarmarkasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yarmarkada müxtəlif şirkətlər öz məhsullarını təqdim edirlər:
"Həmçinin Müdafiə Nazirliyi tərəfindən kiçik olsa da, hərbi şəhərcik yaradılıb. Məhz burada olan silah və texnikalar 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz tərəfindən ərazilərimizin işğaldan azad olunmasında istifadə edilən texnikalardır".
E.Hüseynov bildirib ki, "Zəfər yarmarkası" 12 gün davam edəcək:
"Havanın yağışlı, çiskinli olmasına baxmayaraq, paytaxt sakinlərini və qonaqları geniş və zəngin proqramı olan yarmarkada iştiraka dəvət edirik".
Qeyd edək ki, Dənizkənarı Milli Parkda təşkil edilən yarmarka oktyabrın 29-dan noyabrın 9-dək davam edəcək. Yarmarkanın təşkilatçıları YAŞAT Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)

















.jpg)

.jpg)