Sosial
Ədliyyə işçiləri "YAŞAT" və Qarabağ Dirçəliş fondlarına nə qədər ianələr ediblər? - Nazir AÇIQLADI
“Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, fövqəladə hallar barədə operativ məlumatlandırmanın təşkili, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb”.
Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.
“Həmçinin nazirliyin tibb xidmətinin həkimləri döyüş bölgəsinə ezam edilib, ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq hərtərəfli dəstək göstərilir.
Vətən müharibəsinə könüllü yollanaraq mərdlik və şücaət göstərib şəhid olmuş nazirliyin icra baş idarəsinin əməkdaşı Ruhin Xəlilovun xatirəsinə Ədliyyə Tarixi Muzeyində, əvvəllər işlədiyi yerli qurumlarda xüsusi guşələr yaradılıb, xidməti kabinetində muzey təşkil olunub. Şəhid ədliyyə işçisinin ailəsi və azyaşlı övladları qayğımızla əhatə olunub, onun həyat yoldaşı ədliyyə orqanlarına işə qəbul edilib”, - deyə nazir qeyd edib.
Müharibə dövründə nazirlik, həmçinin cəbhəboyu rayonların sakinləri üçün də yardımlar təşkil etmiş, onların qayğılarına xüsusi həssaslıqla yanaşılaraq videoformatda qəbullar keçirilib, qaldırılan məsələlərin dərhal həll edilməsi üzrə tədbirlər görülüb: “Ədliyyə işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza, yaralılarımıza və şəhid ailələrinin qayğılarına dəstək məqsədilə könüllü olaraq 4,5 milyon manatdan çox, o cümlədən peşə bayramı ərəfəsində “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına ianələr edib, yüzlərlə əməkdaş qanvermə aksiyalarında iştirak ediblər”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






