Sosial
Nazirlik xərçəng xəstəsi olan aktyora niyə dəstək olmur?
Əməkdar artist Novruz Qartal Azərbaycan Dövlət Akademik Musiqli Teatrında işləyir. Onun səhhətində yaranan problemdən xəbərimiz var, teatr rəhbərliyi də lazımi diqqəti və dəstəyi göstərir. Mədəniyyət Nazirliyinin kollektivi adından dəyərli aktyorumuza Allahdan şəfa diləyirik.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Əməkdar artistin xanımı Zərqələm Əliyevanın 42 ildir kirayədə qaldıqları, acınacaqlı vəziyyətdə yaşamaları və hazırda da aktyora yardım göstərilmədiyi barədə sözlərinə cavab olaraq nazirlikdən qeyd edilib:
“Təəssüf hissi ilə bildiririk ki, sənət adamlarının sosial təminat məsələlərinin, eləcə də mənzil problemlərinin həlli Mədəniyyət Nazirliyinin imkanları xaricindədir. Biz uzun illər bu sahədə çalışan, zəhmət çəkən insanların əziyyətini imkan daxilində qiymətləndirməyə çalışırıq. Siz də bilirsiniz ki, hazırda kirayədə yaşayan, səhhətində problem olar bir çox sənətçimiz var. Onu da diqqətinizə çatdırıq ki, Novruz Qartalın uzunillik fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, o, 2013-cu ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2015-2018-ci illərdə Prezident mükafatı alıb”.
Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir. Aktyor hazırda xəstəxanada yatır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi















.jpg)

















.jpg)

.jpg)