Sosial
Ölkəmizdə yeni sosial paketin tətbiqinə başlanılıb - RƏY
“Azərbaycan iqtisadiyyatı artıq post-pandemiya mərhələsinə daxil olub, iqtisadi artım bərpa edilir və inkişaf göstəriciləri yüksəlir. İqtisadi fəallığın artması ölkəmizin maliyyə-iqtisadi göstəricilərinin də yaxşılaşmasına səbəb olmaqdadır. Bütün bunların nəticəsində davamlı inkişaf və 2022-nin maliyyə ili üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Həmin maliyyə təminatı isə ilk növbədə minimum əmək haqqının, pensiya və maaşların, müavinət və təqaüdlərin artırılmasına yönəldilir. Yəni ölkəmizdə yeni sosial paketin tətbiqinə başlanılıb”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov deyib. O qeyd edib ki, Prezident tərəfindən son 2 gündə imzalanmış sərəncamlar sosial paketin mühüm tərkib hissəsidir:
“Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərman və sərəncamlara əsasən, ölkədə müavinətlərin artırılması ilə yanaşı, bəzi təqaüdlər də artırılıb. Belə ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə uyğun olaraq əlilliyi olan şəxslərə verilən müavinətlər, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən artırılacaq. Belə ki, 1-ci qrup əlillərin müavinətləri 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırılacaq. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manata qaldırılıb. Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Həmçinin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni fərmanla həmin təqaüd 60% artımla 50 manatdan 80 manata çatdırılıb”.
Millət vəkili bildirib ki, digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb: “Belə ki, 2022-ci ilin 1 yanvarından yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata çatdırılır. Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət 100 manatdan 120 manata çatdırılır. Beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata çatdırılır. Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni fərmanla 55 manatdan 70 manata çatdırılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manatdan 300 manata çatdırılacaq”.
Aydın Hüseynovun sözlərinə görə, elm sahəsində çalışan şəxslərin və tələbələrin də müavinətləri əhəmiyyətli dərəcədə artırılıb: “25 il pedaqoji staja malik, işləməyən, pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına verilən Prezidentin aylıq təqaüdü elmlər doktorları üçün 50% artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67% artırılaraq 120 manatdan 200 manata çatdırılır. Fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 33,3% artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20% artımla 100 manatdan 120 manata çatdırılıb. Sərəncama əsasən, doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20% artırılması nəzərdə tutulur. Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək”.
Millət vəkili vurğulayıb ki, dövlət başçısının yeni fərman və sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir.
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO