Sosial
İmişlidə 14 yaşlı qızın nişanlanması nəzarətə götürüldü - Valideynlər polisə çağırıldı
İmişli rayonunda 14 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dərhal İmişli Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, eyni zamanda İmişli rayon hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb. Qeyd edilir ki, 14 yaşlı qızın nişanlanması aidiyyəti qurumların nəzarətindədir.
Komitədən Publika.az-a verilən məlumata görə, AQUPDK məsələ ilə bağlı müzakirə aparılıb və aidiyyəti tədbirlər görülüb. Belə ki, hər iki tərəfin valideynləri İmişli RPŞ-ə dəvət olunaraq onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə səbəb olması haqqında məlumat verilib.
"Məsələ aidiyyəti qurumların nəzarətindədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bu hadisələrə biganə yanaşmayaraq hadisənin baş verdiyi anda aidiyyəti qurumları məlumatlandıran ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildirir və hər kəsdən bu kimi hallarla rastlaşdıqları zaman dərhal müvafiq qurumlara məlumat vermələrini xahiş edirik”, - komitədən bildirilib.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)