Sosial
Ombudsman Ruhi Əliyeva ilə birgə həbsxanadkı yeniyetmələrlə görüşdü - FOTO
İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva, "Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva birgə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində məhbuslara baş çəkiblər.
Publika.az-ın məlumatına görə, Səbinə Əliyeva və Ruhi Əliyeva yeniyetmələrin qayğıları ilə maraqlanıb, onlarla həmsöhbət olub.

Ombudsman Aparatının və iş xanımı Ruhi Əliyevanın birgə təşkilatçılığı ilə yeniyetmələrə bayram sovqatı və üst geyimləri təqdim olunub.

Ombudsman Səbinə Əliyeva qeyd edib ki, çox sevindirici haldır ki, tərbiyə müəssisəsində cəza çəkən bir neçə uşağa ölkə başçısının humanist addımlarından biri olan amnistiya aktı şamil olunub: “Bəzi uşaqlar artıq azadlıqdadır, Yeni ili ailələri ilə birgə keçirəcəklər. Biz buna görə müzəffər Ali Baş Komandana təşəkkür edirik”.
R.Əliyeva çıxış edərək yeniyetmələrin səhvlərindən nəticə çıxaracaqlarına inandığını bildirib: “Təbii ki, səhvsiz insan yoxdur. Kimimiz böyük, kimimiz kiçik səhvlər edirik. Əsas odur ki, bu səhvlərdən nəticə çıxarmağı bacaraq. Siz özünüzü yalnız hiss etməyin. Ombudsman Səbinə xanımla sizinlə bağlı tez-tez danışırıq. Sizə daim dəstək olmağa çalışacam. Yaşadığınız bu dönəm bir sınaqdır. Əminəm ki, sonda təmiz və faydalı gənclər olaraq cəmiyyətə qayıdacaqsınız”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)





















.jpg)

.jpg)