Sosial
Ermənistanın işğalçı siyasəti açıq şəkildə bəyan olunur - DTA rəsmisi
"Bu gün ölkəmizdə İƏT-ə üzv ölkələrin Turizm nazirlərinin 11-ci sessiyası öz işinə başlayıb. Artıq iki gündür ki, tədbir davam edir və nazirlər səviyyəsində görüşlər keçirilir. Bu tədbir Azərbaycan üçün əlamətdar hadisədir".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.
Qurum rəsmisi bildirib ki, İslam ölkələrinin əksəriyyətinin nümayəndələri bu gün burdadır və hökumətlərarası əlaqələrin, həmçinin turizm münasibətlərinin formalaşdırılması, qurulması baxımdan keçirilən tədbir olduqca böyük əhəmiyyət kəsb edir:
"Hər zaman İslam ölkələri ilə Azərbaycan arasında həmrəylik, qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə olub. Bu tədbir də həmin münasibətlərin bir göstəricisidir. Bu gün yekun olaraq iki sənədin qəbul edilməsi nəzərdə tutulub.
"Bakı Bəyannaməsi"ndə Azərbaycanın haqq səsi kifayət qədər açıq şəkildə göstərilib. Burada İƏT-ə üzv ölkələr işğaldan azad olunmuş ərazilərə investisiya yatırılmasına, həmçinin turizm infrastrukturunun formalaşdırılmasında yaxından iştirak etməyə dəvət olunublar".
K.Qasımov vurğulayıb ki, sözügedən sənədlərlə eyni zamanda Ermənistanın işğalçı siyasəti və bu siyasətlə ölkə turizminə dəyən zərər açıq şəkildə bəyan olunur:
"Hesab edirəm ki, bu cür həmrəylik İslam ölkələrindən olan vətəndaşların Azərbaycana gəlişinə töhfə verəcək. Bu da Azəebaycanda turizmin daha da inkişafı üçün öz rolunu oynayacaq".
Aysel Məmmədova
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

