Sosial
“Nar”ın peşə təlimləri layihəsi yenidən başladı
“Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə artıq 3-cü dəfədir təşkil olunan “Təlim Məktəbi” sosial layihəsinə yenidən start verdi. Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Missiya çərçivəsində bu gənclər üçün əmək bazarında daha çox tələbat olan xüsusi peşə təlimlərinin təşkil edilməsi nəzərdə tutulub.
Ümumilikdə 6 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 20 gənc iştirak edəcək. İlkin mərhələdə həftəiçi hər gün olmaqla 3 ay boyunca xanımlara peşəkar mütəxəssislər tərəfindən manikür ustalığı təlimləri keçiriləcək. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq. Təlim məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir.
Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)





















.jpg)

.jpg)