Sosial
İyulun havası: 43 dərəcə isti olacaq
İyulda havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal edilir. Birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 31-36° isti, bəzi günlərdə 38-41° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı bildirilir (norma 2-3 millimetr).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 27-30° isti olacaq. Bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 31-36° isti, bəzi günlərdə 38-43° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 6-16 millimetr).
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 19-24° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 24-29° isti, bəzi günlərdə 32-35° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 36-73 millimetr).
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34° isti, bəzi günlərdə 38-40° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var (norma 10-32 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34° isti, bəzi günlərdə 37-39° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı proqnozlaşdırılır (norma 9-118 millimetr).
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 27-30° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturu gecələr 22-27°, gündüzlər 32-37° isti, bəzi günlərdə 40-43° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı gözlənilir (norma 3-22 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 23-27° isti olacağı bildirilir. Bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 29-34° isti, bəzi günlərdə 37-39° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı ehtimal edilir (norma 7-33 millimetr).
-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə











.jpg)

















.jpg)
.jpg)




