Sosial
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi - FOTO
İyulun 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin iştirakı ilə cinayət təqibi zamanı prosessual məcburiyyət tədbirlərinin tətbiqi, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və cəzaların məqsədinə nail olunmasında prokurorluq orqanlarının qarşısında duran aktual vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib.
Müşavirədə çıxış edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının əsas məqsədinin cəza siyasətinin humanistləşdirilməsinə yönəldiyini bildirməklə son dövrlər həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamış, bu baxımdan ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının müvəqqəti məhdudlaşdırmasında qanunların düzgün icrasının prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən biri olduğu diqqətə çatdırılıb.
Eyni zamanda, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması zamanı maddi və prosessual hüquqi əsasların mövcudluğunun yoxlanılmasının təmin edilməsinin, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı dövlət ittihamçılarının cinayət işinin hallarından irəli gələn təkliflərinin verilməsində təşəbbüskarlığın artırılmasının zərurililiyi vurğulanıb.
Müşavirədə məruzəçi qismində çıxış edən Baş prokurorunun böyük köməkçisi Mahir Abbasov, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev prosessual məcburiyyət tədbirlərinin tətbiqində prokuror nəzarətinin səmərəliliyinin daha da artırılması, cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakı institutunun təkmilləşdirilməsinə dair təkliflərini bildirib.
Əməliyyat müşavirəsində məruzələr ətrafında fikir mübadiləsi aparılmış, Baş prokurorun göstərişinə əsasən zəruri tədbirlərin görülməsi məqsədilə işçi qrupların yaradılmaqla qısa müddət ərzində konkret təkliflərin təqdim olunması qərara alınıb.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



