Sosial
“İdxal mafiyası”nın fermerlərə etdiyi zülmün arxasında kim durur? - ŞOK FAKTLAR
Bərdədə fermerlər ciddi ziyanla üzləşiblər.
Publika.az xəbər verir ki, gübrənin bahalaşması tonlarla soğanın məhv olmasına səbəb olub.
Qiymətin bahalığı məhsulu vaxtında gübrə ilə təmin etməyə imkan verməyib. Bazarda soğan qıtlığının yaşanacağı, qiymətin isə baha olacağı ehtimal edilir.
Fermerlər qeyd edir ki, gübrə 80 manat olduğu üçün ala bilməyiblər. Nəticədə daha ucuz qiymətə gübrə alıblar ki, o da keyfiyyətsiz olduğu üçün məhsul məhv olub.
Qeyd edək ki, bir neçə gün öncə də kartofun sahələrdə məhv olması ilə bağlı xəbər təqdim etmişdik. Bahalığın qarşısını almağın bir yolu kimi yerli istehsalı artırmaq təklif olunsa da, görünən odur ki, daxili istehsal müxtəlif səbəblərdən sahələrdə çürüyür.
Maraqlıdır, müvafiq qurumların yerli istehsalı artırmaq fikri yoxdur, yoxsa idxala üstünlük verirlər? İqtisadçı-ekspert Akif Nəsirli "Cebhe.info"-ya bildirib ki, fermerlərə verilən subsidiyların 75 faizini nağd şəkildə kartdan çıxara bilmirlər:
"Həmin vəsait hesabına Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlər fermerlərə məhsullar təqdim edirlər. Fermerlər məcburdur ki, həmin şirkətlərdən məhsul alsınlar. Yəni onları bir növ təhkim edirlər, hüquqları pozulur.
Fermerlərin balansında olan vəsaitlə bazardan məhsul almaq imkanı məhdudlaşır. Bu gün bəlkə də sahibkarların KTN-in müəyyən etdiyi şirkətlərdən təklif edilən məhsullara alternativ kimi 80 manata, bir qədər baha əldə edərdi, əgər subsidiyanı nağdlaşdıra bilsəydi.
Ancaq bu mümkün deyil. Bunu gübrəni təklif edən şirkətlər də yaxşı anlayır. Ona görə də keyfiyyətsiz məhsulları ucuz qiymətə alıb gətirirlər. Sahibkarları vicdansız hesab etməyək. Hər kim olsa, yaranmış fürsətdən yararlanmaq istəyəcək. Ucuz və keyfiyyətsiz məhsulu alıb 80 manata gətirəcək ki, daha çox gəlir əldə etsin. Bu gün həmin sxem Azərbaycanda işləyir.
Hazırda bu sxem soğan əkənlərə, sabah isə pambıq, taxıl əkənlərə təsir edəcək. Ona görə də ölkədə kənd təsərrüfatı inkişaf etmir. Bir tərəfdən korrupsiya, subsidiyaların kənd təsərrüfatı ilə məşğul olmayan şəxslər tərəfindən mənimsənilməsi faktları var. Bu, hökumətin yaratdığı boşluq nəticəsində ortaya çıxır. Digər tərəfədən fermerlərin hansısa şirkətlərə təhkim edilməsi bu cür mənzərə yaradır".
Ekspert deyir ki, fermerlərin məhsullarının məhv olmasının səbəbini araşdırmaq lazımdır:
"İnanmıram ki, yemləmə gübrəsi azotdur, onun çatışmazlığı nəticəsində həcmi balaca olar, yaxud məhsuldarlığı aşağı ola bilər, ancaq məhv olması mümkün deyil.
Ola bilər ki, hansısa ziyanvericilərə, xəstəliyə qarşı preparatların çatışmazlığı nəticəsində problem yarana bilər. Ancaq ümumilikdə qeyd etdiyim boşluq mövcuddur və kənd təsərrüfatının inkişafına böyük ziyan vurur. Ölkədə bu sahəyə ayrılan hər bir manat, kənd təsərrüfatı istehsalı ilə məşğul olan fermerə çatmalıdır.
Fermer o məbləği nağdlaşdırmalı və toxumu, gübrəni, preparatı bazardan özü seçməlidir. Yəni rəqabət mühiti yaradılmalıdır ki, bol məhsul əldə edə bilək. Ondan sonra digər prosesləri tənzimləmək lazımdır. Bu da ölkədə KTN-in üzərinə düşür və təəssüflər olsun ki, bu qurumda da mütəxəssislər yoxdur. Kənd təsərrüfatı naziri, müavinləri mütəxəssis deyil".
Onun sözlərinə görə, hazırda məhv olan payızda əkilən soğanıdır. Ümumiyyətlə, soğan ildə iki dəfə əkilir:
"Payızlıq soğan sıradan çıxıb və bu o deməkdir ki, avqust ayınadək bazarda soğan çatışmazlığı müşahidə ediləcək, onun da qiyməti qalxacaq. Ancaq inanmıram ki, hədsiz bahalaşma olsun. Çünki qonşu ölkələrdə soğan boldur və yəqin ki, idxal olunacaq.
Qiymətin sabitləşməsi qarşıdakı həftələrdə müşahidə olunacaq. Ya İrandan, ya da Gürcüstandan soğan gətiriləcək. Biz bu problemi payızlıq soğanda yaşamışıqsa, hökumət, KTN tədbirlər görməlidir ki, yazlıq soğanda analoji problem yaşanmasın. Çünki yazlıq soğan həm də saxlanılmaq üçün əkilir və tam bir il saxlanılır. Hesab edirəm ki, müvafiq qurum problemi araşdırıb tədbirlər görməlidir".
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...