Sosial
Ay ərzində "Azəriqaz"a 60 mindən çox müraciət olunub - Xalidə Şimşək
"Cari ilin iyul ayı ərzində 104 qısa nömrəsinə 60 min 48 müraciət daxil olub".
Publika.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bu gün keçirilən "Açıq qapı" aksiyasında Qəza Çağrı Xidməti şöbə rəisi Xalidə Şimşək deyib.
Xidmət rəisi bildirib ki, daxil olan müraciətlərin 27 min 351-i xidmət əməkdaşları tərəfindən əraziyə əməliyyat qrupu göndərilmədən həll olunub:
"Keçən ilin müvafiq dövründə isə 65 min 273 müraciət daxil olub ki, bu da bu ilin iyul ayı ilə müqayisədə 5 min 225 məlumat azdır. Sayğacla bağlı 22 min 505 müraciət daxil olub ki, bu da ötən ilə nisbətən 905 müraciət çoxdur. Qaz sızmaları ilə bağlı 4 min 153 müraciət daxil olub ki, ba da keçən ilin müvafiq dövrünə görə 734 müraciət azdır.
Qazın olmaması ilə bağlı müraciət 3 min 661 olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 435 müraciət azdır. Qaz təzyiqi ilə bağlı daxil olan 2 min 378 müraciət isə ötən illə müqayisədə 2 min 167 müraciət azdır. Ödəniş etmədiyinə görə qaz təchizatı dayandırılmış abonentlərdən 1 554 müraciət daxil olub. Bu abonentlərin qaz təchizatı bir deyil, üç aylıq borclarını ödəmədiyi üçün dayandırılıb".
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam


































.jpg)

