Sosial
İşdən çıxarılan Səfər Mehdiyev DANIŞDI: "Kimsə yuxuda nəsə görürsə..."
“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.
Publika.az “Gununsesi.info”ya istinadla xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilən Səfər Mehdiyev deyib.
Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib:
“Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.
“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, son günlər DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi










.jpg)
























.jpg)

.jpg)