Sosial
Nazir media nümayəndələrini təbrik etdi
Bu gün xalqımız tarixi ənənə və dövlətçilik mövqeyinin qorunmasında önəmli xidmətlərə sahiblənmiş Azərbaycan milli mətbuatının 147-ci ildönümünü qeyd edir.
Böyük maarifçi Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu ilk anadilli qəzetimiz “Əkinçi”nin nəşrə başladığı 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin mətbuat və informasiya sahəsində siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatımız bu illər ərzində ölkəmizdə mövcud ictimai-siyasi, mədəni proseslər, demokratik inkişaf və vətəndaş cəmiyyəti quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsi, mənəvi dəyərlərin qorunması və təbliğində mühüm rol oynamışdır.
Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət ölkəmizdə milli mətbuata və onun tarixinə ehtiramın dövlət siyasəti səviyyəsində olduğunun göstəricisidir.
Mətbuatımız Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas hədəflərini əhatə edən, ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirən əhəmiyyətli layihələrin geniş ictimaiyyətə çatdırılması kimi mühüm missiyanın öhdəsindən layiqincə gəlir.
Mədəniyyət Nazirliyi mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, mədəni irsimizin, incəsənətimizin təbliğində, dünyaya tanıdılmasında mətbuatın fəaliyyətini yüksək qiymətləndirir.
Bu əlamətdar gün münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi və şəxsən öz adımdan media nümayəndələrini ürəkdən təbrik edir, məsuliyyətli və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)





















.jpg)

.jpg)