Sosial
Gəlin Anarı həyata qaytaraq! - FOTO/VİDEO
Ceyhun və Nuranə Eyvazovlar ailəsi 6 yaşlı oğulları Anarı xilas etmək üçün qayğıkeş insanlardan kömək istəyir. Qan xərçəngindən əziyyət çəkən Anara ilik transplantasiya olunmalıdır, əks halda ailə övladlarını itirə bilər.
Publika.az xəbər verir ki, may ayında 6 yaşlı Anar Eyvazovun gündən-günə zəiflədiyini və iştahsız olduğunu görən valideynləri onu əvvəlcə qeydiyyatda olduğu uşaq poliklinikasına aparıblar. Həkimlərin göstərişi ilə qan analizi verilib və analizin nəticəsinə əsasən Anara anemiya diaqnozu qoyulub. Qoyulan diaqnozdan əmin olmaq üçün ailə digər özəl bir klinikaya göndərilib. Bu dəfə isə analizlərin nəticələrinə əsasən Anarın qanında leykositlərin normadan dəfələrlə çox, homoqlobalinin isə çox az olduğu aşkarlanıb. Bu səbəbdən ailə təcili qan institutuna üz tutub. Orda verilən analizdən sonra məlum olub ki, Anar kəskin leykoz qan xərçəngindən əziyyət çəkir. Ailəyə bildirilib ki, əgər tez bir müddətdə müalicəyə başlanılmasa, uşağın vəziyyəti daha da ağırlaşaqcaq.
Bundan sonra ailə Anarın analiz və test nəticələrini müxtəlif ölkələrdəki tibb müəssisələrinə göndərib. Cavabında bildirilib ki, xəstənin müalicəsi üçün 65 min dollar vəsait lazımdır. Müalicəni gecikdirməmək üçün Eyvazovlar ailəsi yaxınlarının və tanışlarının yardımı ilə Belorusa yollanıblar.
Müalicə üçün müəyyən məbləğ toplansa da, bu, ilik transplantasiyası və dərmanlar üçün yetərli olmayıb. Ailənin isə bu vəsaiti ödəməyə imkanı yoxdur. Bu səbəbdən valideynlər xeyirxah insanlardan dəstək istəyirlər. Valideynlərin maddi durumu bu ehtiyacları ödəyəcək vəziyyətdə deyil. Mühafizəçi işləyən və başqa bir gəliri olmayan ata hazırda çarəsiz haldadır:
“Əlimizdəki pulla Minskə gəldik. Lakin burada olunan ilik-sümük testlərinin nəticəsində bildirildi ki, Anara ilik transplantasiyası edilməlidir, bunun üçün də 150 min dollara ehtiyac var. Hazırda Anarın müalicəsində çox bahalı dərmanlardan istifadə olunur. Yığılan yardımlar isə bitmək üzrədir. Hazırda olduğumuz xəstəxanada müalicə xərclərinin bir hissəsini ödəmişik. Azərbaycanın imkanlı şəxslərinə üz tutub oğlumun xilası üçün yardım etməyi xahiş edirəm. Şəfqət və mərhəmətinizi bizdən əsirgəməyin”, - Ceyhun Eyvazov bildirib.
Qeyd: Anar Eyvazova dəstək olmaq istəyənlər fotodakı bank hesabına ödəniş edə bilərlər.
Əlaqə nömrəsi: 070 344 19 99
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






